Əmək haqqı kartlarından tutulacaq komissiya xərci 0% olacaq
Rabitəbank Vahid ATM şəbəkəsi layihəsinin davamı olaraq əmək haqqı kartlarına sahib olan müştərilər üçün sərfəli xidmət təklif edir.
Rabitəbank-dan "Marja"ya daxil olmuş məlumata görə, Bankın əmək haqqı kartı sahibləri Bank Respublikanın ATM şəbəkəsindən və POS terminallarından rahatlıqla istifadə edə biləcəklər. Həmin ATM-lərdən vəsaiti nağdlaşdıran zaman əmək haqqı kartlarından tutulacaq komissiya xərci 0% olacaq. Vahid ATM şəbəkəsi layihəsi çərçivəsində digər kartlar üçün bu məbləğ 1% nəzərdə tutulub.
Rabitəbank bu layihəyə ilk olaraq ölkənin dörd bankı ilə ATM şəbəkəsini birləşdirməklə başlayıb. Belə ki, müştəri məmnuniyyətini daim üstün tutan bank, kart istifadəçiləri üçün çox sərfəli və rahat şərtlərlə vəsaitlərini Rabitəbank daxil olmaqla 5 bankın ATM şəbəkəsi vasitəsilə güzəştlə nağdlaşdırmaq imkanı yaradıb. İndi Rabitəbank-ın genişlənmiş ATM şəbəkəsinə özünə məxsus 59 ATM-dən əlavə güzəştli tariflərlə Bank Respublika (əmək haqqı kartları üçün 0%, digər kartlar üçün 1%), Caspian Development Bank (1%), Muğan Bank (1%) və Turan Bank-ın (1%) ATM-ləri də daxildir.
Rabitəbank, 1993-cü ildə fəaliyyətə başlamış və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
8 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
9 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
9 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 9 saat əvvəl
-
10 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
10 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 10 saat əvvəl
- 10 saat əvvəl