Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Əmək haqqı kartlarından tutulacaq komissiya xərci 0% olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmək haqqı kartlarından tutulacaq komissiya xərci 0% olacaq

Rabitəbank Vahid ATM şəbəkəsi layihəsinin davamı olaraq əmək haqqı kartlarına sahib olan müştərilər üçün sərfəli xidmət təklif edir.

 

Rabitəbank-dan "Marja"ya daxil olmuş məlumata görə, Bankın əmək haqqı kartı sahibləri Bank Respublikanın ATM şəbəkəsindən və POS terminallarından rahatlıqla istifadə edə biləcəklər. Həmin ATM-lərdən vəsaiti nağdlaşdıran zaman əmək haqqı kartlarından tutulacaq komissiya xərci 0% olacaq. Vahid ATM şəbəkəsi layihəsi çərçivəsində digər kartlar üçün bu məbləğ 1% nəzərdə tutulub.

 

Rabitəbank bu layihəyə ilk olaraq ölkənin dörd bankı ilə ATM şəbəkəsini birləşdirməklə başlayıb. Belə ki, müştəri məmnuniyyətini daim üstün tutan bank, kart istifadəçiləri üçün çox sərfəli və rahat  şərtlərlə vəsaitlərini Rabitəbank daxil olmaqla 5 bankın ATM  şəbəkəsi vasitəsilə güzəştlə nağdlaşdırmaq imkanı yaradıb. İndi Rabitəbank-ın genişlənmiş ATM şəbəkəsinə özünə məxsus 59 ATM-dən əlavə güzəştli tariflərlə Bank Respublika (əmək haqqı kartları üçün 0%, digər kartlar üçün 1%), Caspian Development Bank (1%), Muğan Bank (1%) və Turan Bank-ın (1%) ATM-ləri də daxildir.

 

Rabitəbank, 1993-cü ildə fəaliyyətə başlamış və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilmişdir.           

24.05.2017 12:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ