Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın ən çox ixrac etdiyi 3 məhsul

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən çox ixrac etdiyi 3 məhsul

Bu ilin aprel ayında 143 milyon ABŞ dolları qeyri-neft məhsulu ixrac olunub

 

2017-ci ilin aprel ayı ərzində 377 şirkət tərəfindən 143 milyon ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub. “Marja” xəbər verir ki, bu barədə "İxrac İcmal"ında bildirilir.

 

Aprel ayı üzrə ixrac olunan əsas mallar qızıl, təzə və ya soyudulmuş tomat, kimya sənayesi məhsulları, elektrik enerjisi fındıq, pambıq lifi, şəkər, alüminium, xurma, alma və s. dir. Aprel ayında qeyrineft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya qərarlaşmışdır. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin 4 ayı ərzində isə qeyri-neft sektoru üzrə ixrac 2016-cı ilin müvafiq ilə müqayisədə 22 faiz artmışdır. Bu ixrac əməliyyatlarında 846 şirkət iştirak etmişdir. 2017-ci ilin 4 ayı ərzində qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var. Onu da qeyd edək ki, bu ilin 4 ayı ərzində 2 ölkəyə Rusiya və Türkiyəyə 100 milyon ABŞ dollarında çox qeyri-neft sektoruna aid mal ixrac olunub.

 

4 aylıq məlumatların təhlilindən aydın olmuşdur ki, qeyri-neft sektoru üzrə ixracda ilk yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen tutur (34,1 milyon ABŞ dolları həcmində ixrac olub). İkinci yerdə isə təzə və ya soyudulmuş tomat qərarlaşıb (33,8 milyon ABŞ dolları həcmində ixrac olub). İxrac həcmi 28 milyon ABŞ dolları olan qabığı təmizlənmiş fındıq isə 3-cü yerə sahib olub.

 

Yanvar-aprel aylarında pambıq lifinin ixracında 7,3 dəfə artım olub

 

2017-ci ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən meyvə-tərəvəz ixracı 26,7 faiz, çay – 24,8 faiz, pambıq lifi – 7,3 dəfə, şəkər ixracı isə 7 faiz, bitki və heyvan mənşəli yağları – 7,0 faiz, elektrik enerjisi 8,3 dəfə, kimya sənayesi məhsulları – 82,3 faiz, alüminium və ondan hazırlanan məmulatlar – 37,2 faiz artmışdır

24.05.2017 13:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ