Türkiyədə ev alan azərbaycanlılar çoxalıb
Azərbaycan vətəndaşları bu ilin aprel ayında Türkiyədə 65 ev satın alıblar ki, bu da əvvəlki ayla müqayisədə 30% çoxdur.
Ümumiyyətlə, Azərbaycan vətəndaşları bu ilin yanvar-aprel ayları ərzində Türkiyədə 224 ev alıblar. Bu da illik müqayisədə 4,2% artım deməkdir.
Bu barədə Türkiyənin rəsmi statistikasına əsasən xəbər verir.
Azərbaycan vətəndaşları apreldə Türkiyədə ən çox ev alan xarici vətəndaşlar arasında 7-ci yeri tutublar. Azərbaycanı bu siyahıda 245 evlə İraq, 185 evlə Səduiyyə Ərəbistanı, 169 evlə Küveyt, 99 evlə Rusiya, 81 evlə Əfqanıstan və 74 evlə Almaniya qabaqlayıb. Ümumiyyətlə, bu ilin ilk 4 ayı ərzində ev alan xarici vətəndaşların siyahısında isə Azərbaycan İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Əfqanıstan, Rusiyadan sonra 6-cı yeri tutub.
Xatırladaq ki, Azərbaycan vətəndaşları Türkiyədə 2016-cı ilin aprel ayında 47 ev alıblar. Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel ayları ərzində isə azərbaycanlılara ev satışı 215 ədəd təşkil edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
2 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl