Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Vyana görüşündə sürpriz olmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Vyana görüşündə sürpriz olmayacaq"

OPEC və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair əldə olunmuş razılaşma Azərbaycanı qane edir və rəsmi Bakı razılaşmanın müddətinin uzadılmasının tərəfdarıdır.

 

Reklam_3_11

Bunu energetika naziri Natiq Əliyev "Caspian Energy" jurnalına müsahibəsində bildirib.

 

Nazirin sözlərinə görə, mövcud razılaşmanın yerinə yetirilməsi neft bazarına müsbət təsir edib: "Bu səbəbdən yanvar ayından etibarən nefti qiyməti faktiki olaraq 50-55 dollar diapazonunda dəyişib".

N.Əliyev əlavə edib ki, neftin qiymətlərinin stabilliyi və gözlənilən olması bütün istehsalçılar üçün əlverişlidir: "Təbii ki, biz neftin qiymətindən asılı olan ölkəyik. Belə ki, dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması neftin qiymətindən asılı olaraq həyata keçirilir. Bu il biz dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan götürdük və neftin qiyməti 50 dollar ətrafında dəyişirsə, deməli 5 ay ərzində dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasını təmin edə bilmişik. Bu isə iqtisadiyyatımız üçün olduqca pozitiv və vacib amildir".


Mayın 25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti görüşə toxunan nazir qeyd edib ki, razılaşmanın müddətinin uzadılması ehtimalı olduqca yüksəkdir. "Görüş iştirakçıları öz fikirlərini bildirəcək. Böyük ehtimalla, razılaşmanın müddəti uzadılacaq. Lazım olarsa, biz hasilatın bir qədər də azaldılmasına nail ola bilərik. Bazarın vəziyyəti optimistikdir. Bu səbəbdən inanmıram ki, Vyana görüşündə hər hansı sürprizlə üzləşərik. Biz bütün dünyanı maraqlandıran məsələ ilə bağlı razılığa gələ biləcəyik. Düşünmürəm ki, İran mənfi cavab verəcək. "Kaşaqan" kimi iri neft yatağını istismara verən Qazaxıstanın vəziyyəti bir qədər qəlizdir. Təbii ki, söhbət yeni yataqdan gedir və burada hasilat yeni, bəlli bir mərhələyə çatdırılmalıdır. Fikrimcə Qazaxıstan problemin optimal həll yolunu tapacaq", - deyə o əlavə edib.

 

©APA

24.05.2017 13:32

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ