Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

“Yaxşı bilirdiniz o pullar geri qaytarılmaya bilər”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yaxşı bilirdiniz o pullar geri qaytarılmaya bilər”

Azərbaycan Beynəlxalq Bankının xarici borclarının yenidən strukturlaşdırılması və bunun üçün kreditorlardan borcun 15-20% azaldılmasının istənməsi düzgün qərardır.

 

“Marja” xəbər veri ki, bunu Şimali Dakoda Universitetinin professoru Fariz Hüseynli Facebook səhifəsində yazıb.

 

“Beynəlxalq maliyyə təşkilatları yaxşı bilirdi ki, “ucuz və bol pul” dövründə o pulları ucuz əldə edib inkişaf etməkdə olan ölkələrə axıdanda, həmin pullar geri qaytarılmaya bilər. Buna uyğun da risk bonusu təqdim etməlidirlər. Beynəlxalq maliyyə təşkilatları yerli bankların çox pis kredit şərtlərinin olduğunu və bu kreditlərin geri qaytarılmasında problem çıxa biləcəyini yaxşı bilrdilər. O təşklatlar buna güvənib ki, pulu bank batırsa, dövlət öz imkanları ilə kreditorların pullarını qaytaracaq. İndi də xalqın büdcədəki pulunun kəsilməsinə razıdırlar, amma verdikləri kreditləri itirməyə yox”,- o qeyd edib.

 

Fariz Hüseynli əlavə edib ki, Beynəlxalq Bank hadisəsi xarici kreditorlara dərs olmalıdır, Neft Fonduna və büdcəyə çox da güvənməməlidirlər.

 

Professorun sözlərinə görə, gərək Azərbaycan dövləti kreditorlardan daha çox– 25-30% endirim tələb edəydi.

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində Bankın 3,3 milyard dollar xarici öhdəlikləri dövlətə ötürülür. Mayın 23-də Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib.

24.05.2017 13:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ