ADIF-dən ətraflı məlumat istəyirlər
Bu gün ləğvetmə prosesində olan “Bank Standard” QSC-də yaradılmış Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.
İclas bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub.
İclasda “Bank Standard”ın təxminən 30 kreditoru (bunlardan 12-si Kreditorlar Komitəsinin üzvüdür), eləcə də ADIF-in icraçı direktoru Azad Cavadov da daxil olmaqla fondun əməkdaşları iştirak edirlər. Tədbiri komitənin sədri Əkrəm Həsənov aparır.
Sədr ilk növbədə bildirib ki, “Bank Standard”a məxsus əmlakın vəziyyətinə dair kreditorlara ətraflı məlumat verilməsi barədə ADIF-ə müraciət olunub, lakin Fond həmin məlumatları ümumiləşdirilmiş formada təqdim edib. Üstəlik, bankın əmlakına dair “KPMG” audit şirkətinin hazırladığı qiymətləndirmə ADIF tərəfindən kreditorlara təqdim olunmayıb.
Bundan başqa, onun sözlərinə görə, “Bank Standard”ın təxminən 33 daşınmaz əmlakı var ki, bunun da 20-si Azərbaycan Mərkəzi Bankında girovluqdadır: “Bu əmlaklar qurumdan cəlb edilmiş 154 mln. manatdan artıq vəsaitin müqabilində girov qoyulub. Bankın yəqin ki, başqa əmlakları (kompüter və s.) da var. Amma həmin inventarlar barədə məlumatlar da ortada yoxdur”.
İclas davam edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
2 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
3 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb