Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azərbaycan İnvestisiya Şirkəti" 6 milyon manatından ümidsizdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan İnvestisiya Şirkəti" 6 milyon manatından ümidsizdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) tərəfindən 21 iyul 2015-ci il tarixdə 5 mln. manat və 31 iyul 2015-ci tarixdə 1 mln. manat olmaqla, cəmi 6 mln. məbləğində vəsait 3 ay müddətinə illik 6%-lə "Texnikabank" ASC-də müvafiq hesablarda depozitə yerləşdirilib. Bu barədə Hesablama Palatasının rüblük bülletenində qeyd edilən məlumatda deyilir.

 

Reklam_3_11

Bülletendə qeyd edilib ki, depozit müqaviləsinin şərtlərinə əsasən, ödənilməli olan depozit faizləri vaxtında təmin edilmədiyinə görə AİŞ müqavilə üzrə bütün öhdəliklərin icra edilməsi ilə əlaqədar olaraq, 8 sentyabr 2015-ci il tarixdə banka məktubla müraciət edib. Qeyd edilən müraciətin tələbləri yerinə yetirilmədiyinə görə AİŞ 16 sentyabr 2015-ci il tarixli məktubla depozitə yerləşdirilən vəsaitlərin (100%) vaxtından əvvəl geri qaytarılmasını tələb edib.

 

Vəsaitlərin qaytarılması bank tərəfindən təmin edilmədiyi üçün AİŞ 7 dekabr 2015-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə depozit hesablarına daxil edilmiş əmanətlərin qaytarılması haqqında iddia ərizəsi ilə müraciət edib. Məhkəmənin 23 fevral 2016-cı il tarixli qərarı ilə "Texnikabank"a təyin edilən ləğvedici "M.M.M. Perfect Consulting" MMC-yə 6 mln. manat əmanətin və bank tərəfindən ödənilməli olan faiz ödənişləri üzrə borcların (95 min manat), cəmi 6 mln. 95 min manat məbləğdə vəsaitin ödənilməsində dəstək göstərilməsi barədə 17 fevral 2016-cı il tarixli məktubla müraciət edib.

 

Bülletendə qeyd edilib ki, hal-hazırkı tarixə həmin məbləğin şirkətə qaytarılması təmin edilməyib.

 

Sənədin müəllifləri qeyd edir ki, 2015-ci ildə AİŞ-in vəsaitinin banklara qoyulmuş depozit hesabına əldə etdiyi orta faiz gəlirləri 1 mln. 375,4 min manat olduğu halda, depozitə qoyulmuş həmin vəsaitlərdən bir hissəsinin, yəni əsas borc və faiz üzrə 6 mln. 95 min manat (gəlirdən 4,4 dəfə çox) məbləğin şirkətə vaxtında qaytarılmaması bu məbləğin təminatı üzrə böyük risklərin (ümidsiz borc) yaranması ilə nəticələnib.

 

© APA

24.05.2017 14:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ