Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Atəşgah Həyat”dan növbəti iri sığorta ödənişləri

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atəşgah Həyat”dan növbəti iri sığorta ödənişləri

“Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib.

 

Reklam_3_11

Şirkətin yaydığı məlumata görə, “Atəşgah Həyat” SŞ - də sığortalanmış neft şirkətlərindən birinin əməkdaşı bədbəxt hadisə səbəbindən platformada (dənizdə) yükləmə əməliyyatı zamanı kranın dənizə aşması nəticəsində vəfat etmişdir. Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 92 min AZN təşkil etmişdir. Məbləğ faydalanan şəxslərə - mərhumun həyat yoldaşı və azyaşlı övladına verilmişdir.

 

Bundan əlavə, tikinti şirkətlərindən birinin sürücüsü Tbilisi-Sınıq Körpü avtomagistral yolunun 49-cu km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Bu hadisə ilə bağlı faydalanan şəxslərə - mərhumun ailəsinə 39 min AZN məbləğində sığorta ödənişi təqdim edilmişdir.

 

Hazırda “Atəşgah Həyat” SŞ-nin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə həyata keçirdiyi ödənişlərin ümumi həcmi 3,8 mln. təşkil edir.

 

“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.

24.05.2017 14:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ