"Bank Standard"ın əmlakı barədə məlumatlar internetdə yerləşdiriləcək
Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin satışa çıxarılacaq bütün əmlakları barədə məlumatlar Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) internet səhifəsində yerləşdiriləcək.
Bu açıqlama ilə ADİF-in icraçı direktoru Azad Cavadov “Bank Standard”ın Kreditorlar Komitəsinin bugünkü iclasında çıxış edib.
O, bu barədə bankın əmlakı barədə məlumatların ətraflı təqdim edilməməsi barədə ittihamlara cavab verərkən danışıb və əmlakların satışının şəffaf şəkildə həyata keçiriləcəyini deyib.
A.Cavadov onu da qeyd edib ki, bu gün pulunu gözləyən kreditorlar vaxtilə vəsaitlərini "Bank Standard"da sığortasız, yüksək faizlə yerləşdiriblər: "Həmin vəsaitlər isə əksər hallarda təminatsız müxtəlif fiziki və hüquqi şəxslərə verilib. İndi həm də bu işlərə rəhbərlik edən şəxslərin məsuliyyətə cəlb edilməsinə çalışırıq və gec-tez, bu, olacaq"
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
12 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
15 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
15 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 18 saat əvvəl
- 19 saat əvvəl