Fed: Faizin "yaxın" bir zamanda artırlması məqsədəuyğun ola bilər
ABŞ Mərkəzi Bankı Fed-in 2-3 Mayda keçirdiyi iclasin protokollarında, çox Fed rəsmisi, pul siyasətinin sərtləşdirilməsinin (faizin artırılmasının) "yaxın" bir zamanda aparılmasının məqsədəuyğun olduğunu bildirib.
"Marja" xəbər verir ki, Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) rəsmiləri, iqtisadiyyatdakı səngimənin müvəqqəti olduğuna dair daha çox dəlil gözləməyin məntiqli olacağını düşünür.
Fed rəsmiləri, faizin mərhələli artırılmasını məqsədəuyğun görməkdə davam edirlər. Çox Fed rəsmisi, inflyasiya göstəricisinin müvəqqəti amilləri əks etdirdiyini bildirərkən, bir neçə Fed rəsmisi, inflyasiya hədəfinə çatmaq prosesinin ləngiməsinə dair narahatlıq keçirdiyini bildirib. 4.5% nisbətindəki işsizliyin isə Fed rəsmilərinin uzunmüddətli hədəfində olduğu qeyd edilib.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Demək olar ki, bütün Fed rəsmiləri, 2017-ci il ərzində Fed-in balansının azaldılmasına başlanmasının tərəfdarıdır.
Çox Fed rəsmisi qlobal risklərin daha da azalacağını proqnozlaşdırıb.
Dollar, Fed-in May ayı protokollarının, rəsmilərin iqtisadiyyatda son dövrdəki zəifləmə siqnalları qarşısında soyuqqanlı olduqlarını göstərmələri ilə əlaqədar olaraq ucuzlaşıb. Digər tərəfdən Fed rəsmiləri, iqtisadi fəallıqdakı səngimənin müvəqqəti olduğuna dair daha çox dəlil gözləməyin "məntiqli" olacağını bildiriblər. Dollr Avro qarşısında 0,3% ucuzlaşıb və avro/dollar məzənnəsi 1.1244 səviyyəsinə qalxıb.
Dolların ucuzlaşmasının digər bir səbəbi Avropa Mərkəzi Bankının rəsmilərinin təşviqlərdən tədricən çıxarılacağını işarə etmələridir.
Analitiklər bildirirlər ki, Fed protokollları, Fed-in İyunun ortasında keçirəcəyi iclasda faiz artıracağı işarələrini verib. Filadelfiya Fed sədri Patrik Harker, Fedin İyunda ilin ikinci faiz artırımını etməsinin "bariz bir ehtimal" olduğunu deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
2 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl