Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Banksız və dövlətsiz pul vahidi rekord qırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banksız və dövlətsiz pul vahidi rekord qırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bitcoin 2400 dolların üzərinə çıxaraq rekord yenilədi


 
İnternetin banksız və dövlətsiz pul vahidi kimi tanınan Bitcoin-in qiyməti 2400 dolların üzərinə çıxaraq yeni bir rekord qırıb.
 

0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!


"Marja" xəbər verir ki, virtual pul vahidi Bitcoin-in dəyəri, bu gün 2460 dollara çıxaraq tarixindəki ən yüksək səviyyəyə çatıb. Bitcoinin bazar dəyəri də 40 milyard dolların üstünə çıxıb.


 
 Beləliklə, Bitcoin-in dəyəri bu gün 8,5 faiz artarkən, bu ilin əvvəlindən etibarən də 147 faiz artım qeyd etmişdir.


 
 Bitcoinin dəyəri ötən həftənin sonu 2000 dollar, bazar ertəsi günü də 2200 dolların üzərinə çıxmışdı.


 
Mütəxəssislər, ABŞ-dakı siyasi qeyri-müəyyənlik mühiti və dünyada kiber təhlükəsizlik narahatlığına işarə edərək, sadəcə internet məkanında rəqəmsal olaraq işlədilə bilən Bitcoin-ə olan tələbatın artdığını vurğulayır.


 
Dünya miqyasında rəqəmsal şəbəkələrə mənfi təsir edən "Wannacry" virusuna da diqqəti çəkən mütəxəssislər, sözügedən proqramın istifadəçilərin fayllarını şifrləyir, şifrəni açmaq üçün virusu yaradan şəxslərin 500 dollar dəyərində Bitcoin tələb etdiyini, bunun da virtual pul vahidinin dəyərini artırdığını ifadə edirlər.


 
İlk dəfə 2008-ci ildə rəqəmsal bir pul vahidi olaraq ortaya çıxan Bitcoin-in, keçən il təxminən 100 min satıcı tərəfindən internetdən edilən alış-verişlərdə ödəniş olaraq qəbul edildiyi ehtimal edilir.

 

MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR

25.05.2017 05:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ