Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha bir iri uduş qeydə alındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir iri uduş qeydə alındı

“Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” lotereyasının 23 may tirajında daha bir “Cek Pot” uduşu qeydə alınıb. 500539 nömrəli lotereya biletinin sahibi olan həmvətənimiz 78 min 715 manat qazanıb.

 

Reklam_3_11

“6/40” lotereyasının 25 aprel tirajında 125 min 380 manat məbləğində “Cek Pot” uduşundan heç bir ay da keçməyib. Ümumiyyətlə, son illərdə intellektual lotereyalarda mütəmadi olaraq iri uduşlar qeydə alınır.

 

Sanki bu iki lotereya arasında uduş yarışı gedir. Lotereyaların daimi iştirakçıları yaxşı xatırlayırlar ki, hələ bu ilin əvvəlində “5/36” lotereyasında qeydə alınan 112 min 120 manat məbləğində uduşdan iki həftə keçməmiş “6/40” lotereyasında 108 min 530 manat məbləğində uduş qeydə alınmışdı. “5/36” lotereyası da öz növbəsində bu uduşa ümumi məbləği 100 min manata çatan bir neçə iri uduşla cavab vermişdi.

 

İntellektualların əsas hədəfi 100 min manatdan çox məbləğdə “Cek Pot” təklif edən “6/40” lotereyasıdır və aprel ayının 25-də “6/40” lotereyası 125 min 380 manat uduşla öz sözünü dedi. Bu məbləği şərikli udan üç həmvətənimizin hərəsi 41 min 793 manata sahib oldu.

 

Üstündən heç bir ay keçməmiş “5/36” lotereyası 78 min 715 manat məbləğində uduşla “Cek Pot” uduşlarının sayına görə lider olduğunu bir daha sübut etdi.

 

Yeri gəlmişkən, artıq intellektual lotereyaların tirajları, bazar günü də daxil olmaqla hər gün keçirilir və deməli, başlamaqda olan yay mövsümü uduşlarla daha zəngin olacaq.  

25.05.2017 05:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ