Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu rayon pomidorun təxminən 70 faizini Rusiyaya ixrac edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu rayon pomidorun təxminən 70 faizini Rusiyaya ixrac edir

Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Hazırda rayonun kəndli fermerləri və fərdi təsərrüfat sahibləri tarla işləri ilə məşğuldur. Erkən yaz aylarında havanın bir müddət yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün çox xeyirli olub ki, bu da hazırda bol məhsulun əldə olunmasına səbəb olub.

 

Bu sözləri  Göyçay rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Elçin İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda Göyçayın 30-dan artıq kəndində vətəndaşlar öz fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar. Bu iş rayonun Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır, Bəydövül, Yalman kəndlərində geniş yayılıb. Bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixanalar olmasın. Bu kəndlərdə faraş tərəvəz əkininə daha erkən, yəni dekabr ayında başlanılır. Əvvəlcə kiçik istixanalarda pomidor toxumlarının səpini aparılır və aqrotexniki qulluq göstərilərək yetişdirilən pomidor şitilləri fevral-mart aylarında böyük istixanalarda torpağa köçürülür. Hazırda kəndlərdə pomidor və xiyar şitillərinə qulluq edilməsi, eləcə də yetişən məhsulun toplanılaraq müştərilərə satılması istiqamətində işlərin qızğın çağıdır. Rayonun kəndlərində əhalinin, demək olar ki, 90 faizi istixanalarda pomidor və xiyar yetişdirir. Hər bir həyətyanı sahədə orta hesabla 2-3 və daha çox istixana mövcuddur. Kəndlilər bitkilərin tələf olmaması və tez məhsul verməsi üçün aqrotexniki qulluğun səviyyəsini artırır, ziyanvericilərə qarşı düzgün mübarizə aparır.

 

Kənd əməkçiləri məhsulu alıcılara elə öz həyətlərində satırlar. Pomidorun bir kiloqramı 1.5 manata, xiyarın bir kiloqramı isə 0.5 manata satılır. Rayonda istehsal olunan pomidorun təxminən 70 faizi Rusiyaya ixrac edilir. İş adamları kəndlərə gedərək həyətlərdə məhsulu vətəndaşlardan münasib qiymətə alaraq orada qablaşdırırlar və yük avtomobiləri ilə Rusiya bazarlarına aparırlar.

 

Qeyd edək ki, rayonda faraş tərəvəzçiliklə məşğul olanlar ildə 2 dəfə məhsul götürə bilirlər. Ümumiyyətlə, Göyçayda istehsal olunan tərəvəz məhsullarının yarıdan çoxunu faraş tərəvəz təşkil edir. Cari ildə rayonda 250 hektar sahədə pomidor və xiyar yetişdirilib. Ötən il 230 hektar tərəvəz sahəsindən 5800 ton məhsul toplanılıb.

 

© Azərtac

25.05.2017 06:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ