Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“İnternet-Bankçılıq” xidmətini yeniləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnternet-Bankçılıq” xidmətini yeniləyib

 

Bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidin aktuallığını və müştərilərə daha çevik xidmət göstərilməsini nəzərə alan Bank “BTB” ASC bankda hesab açan fərdi və korporativ müştəriləri üçün yenilənmiş İnternet Bankçılıq xidmətini təklif edir.

 

Bankın yaydığı məlumata görə, “İnternet Bankçılıq” xidməti müştəriyə (fiziki şəxslər, hüquqi şəxslər, fərdi sahibkarlar) banka gəlmədən kompüter, planşet və ya mobil telefonda internet vasitəsilə www.btb.az portalının ana səhifəsində yerləşdirilmiş “İnternet Bankçılıq” bölməsinə daxil olaraq hesabları, bank kartları, kreditləri, depozitləri və s. barədə məlumat əldə edə biləcəyi, həmçinin bir sıra bank əməliyyatları (valyuta əməliyyatları, köçürmələr, ödənişlər və s.) həyata keçirməyə imkan verən innovativ bank xidmətidir.

 

“İnternet Bankçılıq” xidmətinə qoşulmaq üçün müştəri bankın müvafiq xidmət nöqtəsinə müraciət etməli, müvafiq sənədləri və müqaviləni imzalamalıdır. Qəbul olunan müraciət əsasında xidmət aktivləşdirilir və müştəriyə xidmətdən istifadə üçün nəzərdə tutulmuş istifadəçi adı və şifrə təqdim olunur. Qeyd edək ki, xidmət müştərilərə bank tərəfindən pulsuz təqdim edilir.

 

Müştərilərin “İnternet Bankçılıq”  xidməti ilə əməliyyat aparması üçün Bank BTB–nin bu xidməti “Asan İmza” mobil elektron imza xidməti ilə də inteqrasiya edilib. «Asan İmza» mobil elektron imzanın istifadəsi Bank BTB–nin müştərilərinə maliyyə əməliyyatlarını tez, asan və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir.

25.05.2017 09:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ