Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Bakı Tekstil Fabriki” İran və Rusiyaya ixraca başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı Tekstil Fabriki” İran və Rusiyaya ixraca başlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bakı Tekstil Fabriki” yaxın zamanlarda İran və Rusiyaya məhsul ixrac edəcək.

 

Reklam_3_11

Bunu fabrikin direktoru Səkinə Babayeva deyib.

 

“Biz çalışırıq ki, bütün istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara cavab versin. Bu, xarici bazarlara çıxış imkanımızı artırır. Allahın köməkliyi ilə, Made in Azerbaijan brendi bütün dünyada səs salacaq, “Bakı Tekstil Fabriki” də öz məhsullarını xarici bazarlara çıxaracaq”.

 

Sahibkar onu da bildirib ki, mayın 26-da Minskdə açılacaq “Azərbaycan Ticarət Evi”nin nəzdində daimi fəaliyyət göstərəcək Azərbaycan məhsullarının sərgisində “Bakı Tekstil Fabriki”nin məhsulları da nümayiş olunacaq.

 

Rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən danışan Səkinə Babayeva deyib ki, hazırda müəssisədə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik хüsusi təyinаtlı gеyimlərlə (unifоrmаlаrlа) yаnаşı dünyа və Avrоpа stаndаrtlаrınа cavab verən 500-dən çох çеşiddə müхtəlif trikоtаj məhsullаr istеhsаl оlunur, еyni zаmаndа müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. Müəssisənin kоllеktivi trikоtаj istеhsаlı üzrə bir çох qаbаqcıl оlkələrdə təşkil оlunаn trеninqlərdə və kvаlifikаsiyа mərkəzlərində dаimа iştirаk еdir, yеni təkliflər və rеаl prаktikа bаzаsı yаrаdır. “Çalışırıq ki, istehsal etdiyimiz məhsullarda daha çox Azərbaycanla bağlı milli atributlar çoxluq təşkil etsin”, - deyə sahibkar bildirib.

 

Fabrikin gələcək planlarından danışaraq Səkinə Babayeva bildirib ki, “Bakı Tekstil Fabriki” nəinki məktəbli geyimləri, eyni zamanda digər yaş kateqoriyalarına aid insanlar üçün də milli brendlər istehsal etməyi planlaşdırır. “Bizim şirkət müxtəlif çeşidlərdə dövlət standartlarına uyğun istehlak mallarının istehsalı ilə məşğuldur. Biz işimizdə keyfiyyətə üstünlük veririk. Bu isə yerli bazarda tələbatı artırır. Bizim məhsullara ölkəmizin ən böyük geyim bazarlarında milli brend adı altında, yəni, Made in Azerbaijan, brendi altında rast gələ bilərsiniz”, - deyə S.Babayeva bildirib.

 

© Azərtac

25.05.2017 12:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ