Yeni metro stansiyalarının inşası üçün hazırlıqlara başlanılıb
Bakı şəhərinin Nobel prospekti boyunca yeni üç metro stansiyasının inşası nəzərdə tutulub. Metro stansiyalarının biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşında olacaq. Sonda bu xətt "Həzi Aslanov" stansiyasına ("Həzi Aslanov-2") birləşdiriləcək.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
"Bakı metrosunun dairəvi olması nəzərdə tutulan "Yaşıl xətt"in davamı olaraq gələcəkdə "Xətai" metro stansiyasından "Həzi Aslanov" metro stansiyasına qədər yeni xətt çəkiləcək. Nobel prospekti boyunca yeni üç xəttin çəkilməsi nəzərdə tutulub. Onlarından biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşında olacaq. Şərti adı "E-15" qeyd edilən ikinci stansiyada artıq hazırlıq işlərinə başlanılıb. Orada tunelqazma işlərinin həyata keçirilməsi üçün start kameranın tikintisi başa çatır, tunelqazma maşının quraşdırılması yekunlaşmaq üzrədir. İşlər qaydasında gedərsə, "E15" stansiyasının qarşısından "Xətai" metro stansiyasına doğru tunellərin qazılmasına başlayacağıq. Daha sonra, "E 15"-dən tikilməkdə olan "Həzi Aslanov-2" stansiyasına doğru tunellərin qazıntısına başlanacaq. Gələcəkdə "Xətai"dən "Həzi Aslanov"a doğru 3 metro stansiyası olacaq".
"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemində "Yaşıl xətt"in dairəvi olması nəzərdə tutulub. "Həzi Aslanov-2" stansiyası Günəşli, Qaraçuxur qəsəbələri, eyni zamanda dairəvi şəkildə "Koroğlu" və "Dərnəgül" metro stansiyalarına birləşdiriləcək. Bu, gələcək planlardır. Hazırda, ilkin mərhələdə əsas "Xətai" metro sstansiyasında sağlamlaşdırma işləri icra edib, tunel və stansiyaların tikintisinə başlamaqdır", - deyə N.Paşayev əlavə edib.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
10 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
10 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
11 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
11 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
12 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 12 saat əvvəl
- 12 saat əvvəl