Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Banksız və dövlətsiz pul vahidi Bitcoin rekorddan sonra ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banksız və dövlətsiz pul vahidi Bitcoin rekorddan sonra ucuzlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Virtual pul vahidi Bitcoin-in qiyməti 2700 dolların üzərinə çıxaraq yeni bir rekord qırmışdı.


 
"Marja" xəbər verir ki, İnternetin banksız və dövlətsiz pul vahidi kimi tanınan Bitcoinin dəyəri 2741 dollara çıxaraq tarixindəki ən yüksək səviyyəyə çatmışdı. Bitcoin-inlərin bazar qiyməti də təxminən 45 milyard dollar olmuşdu.
 


Beləliklə, Bitcoinin dəyəri təkcə dünən 14 faiz, bu ilin əvvəlindən etibarən də 175 faiz artım qeyd etmişdi.  


 
Ancaq, Bakı vaxtı ilə sat 21.00-dan etibarən dəyərdən düşən Bitcoin-in qiyməti 2229 dollara qədər geriləyərək 19% ucuzlaşdı.


 
 Virtual pul vahidinin dəyəri,sonrakı saatlarda 2414-2481 aralığında sabitləşdi.


 
Mütəxəssislər, ABŞ-dakı siyasi qeyri-müəyyənlik mühiti və dünyada kiber təhlükəsizlik narahatlığına işarə edərək, sadəcə internet məkanında rəqəmsal olaraq işlədilə bilən Bitcoin-ə tələbin ötən həftədən etibarən artdığını vurğulayır.


 
 Bitcoinin qiyməti həftə sonu 2000, bazar ertəsi günü də 2200 dolların üzərinə çıxmışdı.


 
Bundan başqa, dünya miqyasında rəqəmsal avadanlıqları mənfi təsir edən "Wannacry" virusu istifadəçilərin fayllarını şifrləyir, şifrəni açmaq üçün virusu yaradan şəxslər  500 dollar dəyərində Bitcoin tələb edirlər. Bunun da virtual pul vahidinin dəyərini artırdığı bildirilir.

26.05.2017 05:17

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ