Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed ilin 2-ci yarısından hərəkətə keçir - DOLLAR QALXA BİLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed ilin 2-ci yarısından hərəkətə keçir - DOLLAR QALXA BİLƏR

ABŞ Mərkəzi Bankı Fed-in Sankt-Luis şöbəsinin Sədri Ceyms Bullard, Fed-in balansını 2017-ci ilin 2-ci yarısında kiçiltməyə başlatmağı istədiyini söyləyib.


 
"Marja" xəbər verir ki, Bullard, Tokiodakı çıxışının ardından mətbuat nümayəndələrinə verdiyi açıqlamada, balansın kiçildilməsi üçün qiymətli kağızların geri qaytarılmasının tərəfdarı olduğunu qeyd edib.
 
  
Bullard, vaxtı bitən qiymətli kağızların qaytarılmasının faizlər üzərindəki təsirinin kiçik miqyaslı olacağını sözlərinə əlavə edib. 

Reklam_3_11


Qeyd edək ki, Fed yeni qiymətli kağılzarın alışını bir müddətdir dayandırmışdı, lakin vaxtı bitən qiymətli kağılzarı yenidən alırdı.
 
Sankt-Luis Fed sədri, "Siyasət faizində olmağımız lazım olan yerə çox yaxınıq" şəklində danışıb.

 

Fed-in balansını kiçiltməsi Dolların daha da bahalaşması ilə nəticələnə bilər. Çünki, qiymətli kağızlar alınaraq dövriyyə buraxılmış Dolların bir hissəsi yenidən geri yığılacaq.
 


 2008 böhranından sonra Fed istiqrazlar alaraq dövriyyəyə çox aşağı faizlə pul kütləsi "nasoslamışdı". Bunun nəticəsində Fed-in balansı 4.5 trilyon dollara qalxmışdı. İndi Fed istiqrazları geri qaytararaq balansı kiçiltməyi hədəfləyir.
 
Sankt-Luis Fed sədri Ceyms Bullard, balansın 2 trilyon dollar ətrafında olması lazım olduğunu deyib.

26.05.2017 06:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ