Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Fitch"dən xəbərdarlıq - "naməlum olaraq qalır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fitch"dən xəbərdarlıq - "naməlum olaraq qalır"

Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya planı dövlət borcunun artmasına səbəb ola bilər. Bu barədə "Fitch" reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.


Bildirilir ki, neftin kəskin ucuzlaşması nəticəsində iqtisadiyyatın zəifləməsi və manatın devalvasiyası Azərbaycanın onsuz da zəif olan bank sektorunu daha da həssaslaşdırıb:

Reklam_3_11

 

"Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının düzgün idarə edilməməsi ona mənfi təsir göstərib. Restrukturizasiya prosesindən sonra hökumət tərəfindən banka növbəti maliyyə dəstəyinin verilib-verilməməsi naməlum olaraq qalır. Hökumət tərəfindən 2017-ci ilin əvvəlində artıq "Aqrarkredit" tərəfindən buraxılan 3 milyard dollar həcmində istiqrazlara dövlət zəmanəti verilib. Bu da restrukturizasiya planın tamamlanması çərçivəsində əlavə həcmdə toksik aktivlərin ABB-nin balansından çıxarılması üçün istifadə olunacaq".


Agentliyin analitikləri bildirir ki, ABB-nin reytinqi ilə bağlı proqnozun neqativ olması makroiqtisadi və maliyyə sektorunda davam edən riskləri və qeyri-müəyyənliyi əks etdirir.

 

© APA

26.05.2017 08:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ