Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“PAŞA Həyat”dan ilk addım – ATA-lara həsr olunan video çarx

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat”dan ilk addım – ATA-lara həsr olunan video çarx
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ilk dəfə olaraq “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən əhali arasında fərdi həyat sığortasının tanıdılması istiqamətində unikal video çarx hazırlanıb.

 

Şirkətin mətbuat katibi Elnur Hüseynquluyevin verdiyi məlumata görə, fərdi həyat sığortasına fokuslanmış video çarxda insanlara, o cümlədən ailələrə həyat sığortasının nə qədər vacib olması mesajı çatdırılır:

 

“İstənilən ailənin özünün gələcək planları var. Hər bir ailə başçısı övladının sağlam mühitdə böyüməsi, yaxşı təhsil alması, ali məktəbə qəbul olması, eləcə də onun xoş günü – toyu üçün müəyyən planları və arzuları olur. Təbii ki, bütün bu arzuların həyata keçirilməsində, ailənin bütün yükü yalnız ailə başçısı – atanın üzərinə düşür. Lakin atanın bir gün olmadığı halda bütün bu arzuların reallaşması puç olur. Ailə müənəvi sıxıntıdan başqa daha çox maddi sıxıntılarla üzləşir. Maddi problemlər artıqca övladları yaxşı təhsil ala bilmir və ya təhsili yarımçıq qalır, bir sözlə ailənin planları alt-üst olur,”- deyə şirkət rəsmisi vurğulayıb.

 

E.Hüseynquluyev bildirib ki, Azərbaycan ailələrinin 95%-i ailə başçılarından – atadan asılı olurlar. Yəni əksər ailələrdə işləyən, ailəyə qazanc gətirən atalardır. Məhz bu baxıman da belə bir video çarxın hazırlanmasında əsas məqsədimiz atanın bir gün olmadığı halda belə, ailənin planlarının yarımçıq qalmaması üçün həyat sığortasının nə qədər vacib olduğunu göstərmək, anlatmaqdır. Düşünürəm ki, hər bir ata bu video çarxı (https://www.youtube.com/watch?v=eTSqbw0GOwU ) izləməklə ailəsinin xoşbəxt gələcəyi ilə bağlı mühüm qərar verə bilər. “Ailəmin PAŞA Güvənliyi” adlanan bu məhsulu baş ofisimizə (012 942 qısa nömrəsi) müraciət etməklə, eləcə də “AGBank”ın bütün filiallarından əldə etmək olar.

 

26.05.2017 09:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ