Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qazaxıstan OPEC qarşısında öhdəliklərinə yenidən baxacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan OPEC qarşısında öhdəliklərinə yenidən baxacaq

Qazaxıstan dünən, mayın 25-də Vyanadakı toplantıda müddəti uzadılan OPEC anlaşmasının şərtlərini yerinə yetirməyə davam edəcək, amma noyabr ayında öhdəliklərinə yenidən baxa bilər.

 

"Interfax" agenliyinə istinadən xəbər verir ki, bu xəbəri Qazaxıstan Energetika Nazirliyi yayıb.

 

Xəbərdə bildirilib ki, "Qazaxıstan neft hasilatının azaldılması anlaşması çərçivəsində 20 min barel/gün hasilat kəsintisi öhdəliyinə əməl etməyə davam edəcək. Lakin, 2017-ci ilin noyabr ayında qlobal neft bazarı konyunkturası nəzərə alınaraq öhdəlik üzrə şərtlərə yenidən baxa bilər".

 

Nazirliyin xəbərində həmçinin qeyd olunub ki, istənilən halda Qazaxıstan qərarı birtərəfli qəbul etməyəcək və digər neft ölkələri ilə yeni şərtləri müzakirə edəcək.

 

Qeyd edək ki, hazırda Qazaxıstan 1,673 mln. barel/gün neft hasilatına malikdir. Mayın 15-də Qazaxıstanın energetika naziri K.Bozumbayev bildirib ki, 2016-cı ildə Qazaxıstanda "Kaşaqan" yatağı istismara verilib və bu il orada əsas hasilat başlayacaq: "Buna görə də Qazaxıstan hasilatın azaldılması ilə bağlı yeni anlaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək. Biz bu məsələni sammitdə müzakirə edəcəyik".

 

© Report

26.05.2017 12:34

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ