Azərbaycanın bank sektoru auditdə bu şirkətlərə etibar edir

 Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları audit yoxlamasını əsasən iki şirkətə - “Deloitte&Touche” və “Ernst&Young”a (EY) həvalə edir.

 

Bankların əksəriyyəti 2016-cı ilin audit hesabatlarını açıqlamadığı üçün araşdırma predmeti kimi 2014-2015-ci illərin hesabatları götürülüb.

 

Məlum olub ki, “EY” şirkəti bü dövrdə - hər il 7 bankın maliyyə vəziyyətini audit edib. Bu, “Azər-Türk Bank”, “Bank VTB (Azerbaijan)”, “Expressbank”, “Kapital Bank”, “PAŞA Bank” ASC-lər, eləcə də “Accessbank” və “YapıKredi Bank Azerbaijan” QSC-lərdir.

 

“Deloitte&Touche” şirkəti 2014-cü ildə 8, 2015-ci ildə isə 6 banka audit rəyi verib. “AFB Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank of Baku”, “Bank Respublika” və “Turanbank” hər iki ildə “Deloitte&Touche”la əməkdaşlıq edib. 2014-cü ildə auditi bu şirkətə etibar etmiş “Nikoil Bank”, “Rabitəbank” və “Unibank” 2015-ci ildə onun xidmətindən imtina edib: Hər üç bank “KPMG” şirkəti ilə əməkdaşlıq edir.

2014-cü ildə “Grant Thornton” şirkəti ilə işləmiş “Silkway Bank” ASC isə 2015-ci ildə onu “Deloitte&Touche”la əvəz edib.

 

“KPMG” həm də “AGBank”ın daimi müştərisi olub. “Grant Thornton” isə “Azərbaycan Sənaye Bankı” ASC-yə daimi, “Amrahbank” ASC-yə 2015-ci ildə xidmət göstərib. Sonuncunun 2014-cü ildə auditini “PWC” aparıb. Yeri gəlmişkən, bu şirkət “Atabank” və “Naxçıvanbank” ASC-lərə hər iki ildə audit rəyi verib, həmçinin bazara 2015-ci ildə daxil olmuş “Zıraat Bank (Azerbaijan) ASC-nin auditoru olub.

 

Xidmət göstərdiyi bankların sayına görə seçilən daha bir audit şirkəti isə “RSM”-dir. Onun xidmətindən 3 bank – “Bank BTB”, “Günaybank” və “NBC Bank” ASC-lər daimi istifadə edir. “Bank Avrasiya” və “Muğanbank” ASC-lər isə audit məsələsində “Baker Tilly”yə etibar edir.

 

“Dəmirbank” ASC “JPA”, “Xalq Bank” ASC “Crowe Horwath”, “Bank Melli İran-Baku” “Best”, Pakistan Milli Bankının Bakı filialı isə “RR-VAM” ilə işləyir.

 

 

Kommersiya bankları

Auditi aparan şirkət (2015-ci il)

Auditi aparan şirkət (2014-cü il)

1

“Accessbank”

Ernst&Young (EY)

EY

2

“AFB Bank”

Deloitte&Touche

Deloitte&Touche

3

“AGBank”

KPMG

KPMG

4

“Amrah Bank”

Grant Thornton

PWC

5

“Atabank”

PWC

PWC

6

“Azərbaycan Beynəlxalq Bankı”

Deloitte&Touche

Deloitte&Touche

7

“Azərbaycan Sənaye Bankı”

Grant Thornton

Grant Thornton

8

“Azər-Türk Bank”

EY

EY

9

“Bank Avrasiya”

Baker Tilly

Baker Tilly

10

“Bank of Baku”

Deloitte&Touche

Deloitte&Touche

11

“Bank BTB”

RSM

RSM

12

“Bank Respublika”

Deloitte&Touche

Deloitte&Touche

13

“Silkway Bank”

Deloitte&Touche

Grant Thornton

14

“Bank VTB (Azerbaijan)”

EY

EY

15

“Dəmirbank”

JPA

JPA

16

“Expressbank”

EY

EY

17

“Günaybank”

RSM

RSM

18

“Xalq Bank”

Crowe Horwath

Crowe Horwath

19

“Kapital Bank”

EY

EY

20

“Bank Melli İran-Baku”

Best

Best

21

“Muğanbank”

Baker Tilly

Baker Tilly

22

“Naxçıvanbank”

PWC

PWC

23

“NBC Bank”

RSM

RSM

24

“Nikoil Bank”

KPMG

Deloitte&Touche

25

Pakistan Milli Bankı Bakı filialı

RR-VAM

RR-VAM

26

“PAŞA Bank”

EY

EY

27

“Rabitəbank”

KPMG

Deloitte&Touche

28

“Turan Bank”

Deloitte&Touche

Deloitte&Touche

29

“Unibank”

KPMG

KPMG

30

“YapiKredi Bank (Azerbaijan)”

EY

EY

31

“Zıraat Bank (Azerbaijan)”

PWC

Bank bazarda olmayıb

 

© Report

26 May 2017 , 16:09   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin