“Nar” lotereya qaliblərinə mükafatlar təqdim edib
“Nar” abunəçiləri arasında keçirilən “SMS fortuna” lotereyasının 10 qalibinə pul mükafatı və “Nar”-dan xüsusi hədiyyələr təqdim edilib.
“SMS fortuna” lotereyasının həftəlik qalibləri 350 AZN, aylıq qaliblər isə 3500 AZN-ə sahib olublar. Qaliblər həftə ərzində SMS göndərən “Nar” abunəçiləri arasından təsadüfi qaydada seçilib. Göndərilən 5 SMS 1 biletə bərabər sayılır və həmin həftə ərzində keçirilən lotereyada qalib gəlmək şansı yaradır.
Ay ərzində göndərilən SMS-lər “Nar” abunəçilərinə həm də aylıq pul mükafatına sahib olmaq şansı verir. Beləliklə, hətta bonus SMS-lərdən istifadə edən “Nar” abunəçiləri göndərdikləri hər 5 SMS-lə həftəlik və aylıq lotereyada iştirak edərək pul mükafatı qazanmaq şansına sahibdirlər.
Qeyd edək ki, “SMS fortuna” lotereyası 27 avqust tarixinədək davam edəcək. Lotereyaya qoşulmaq üçün *217#YES şifrəsini yığmaq kifayətdir. “SMS fortuna” lotereyası haqqında tam məlumatı smsfortuna.narzone.az səhifəsinə daxil olaraq əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
26 d. əvvəl
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
- 43 d. əvvəl
-
49 d. əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Şərq-Qərb" ASC-nin rəhbərliyi növbəti müddətə təyin ediləcək
-
1 saat əvvəl
Təmir və quraşdırma şirkəti ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın polad istehsalı zavodunun xalis mənfəəti 3 dəfədən çox azalıb