Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fitch-dən "OPEC" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch-dən "OPEC" açıqlaması

Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilat səviyyəsini məhdudlaşdırmaq qərarının uzadılmasının neft qiymətlərini dəstəkləyəcəyini bildirib. Xəbər verdiyimiz kimi OPEC və qrup ilə hərəkət edən digər istehsalçı ölkələr 25 Mayda hasilatın azaldılması razılaşmasını 2018-ci ilin Mart ayınadək uzatmaq qərarı veriblər.


 
"Marja" xəbər verir ki, Fitch Ratings-dən edilən açıqlamada, sözügedən qərarın 2018-ci ilin mart ayının sonuna qədər uzadılmasının, dünya miqyasında xam neft ehtiyatı artıqlığının əhəmiyyətli qisminin "həzm edilməsinə" yardım edəcəyi qeyd olunub.
 

Reklam_3_11


 Həmçinin Fitch, dünya miqyasında xam neft ehtiyatının miqdarının gələn il yenidən artacağı barədə xəbərdarlıq edib.
 


 Açıqlamada, gələn il hasilatı məhdudlaşdırmaq qərarını yenidən uzadılmaması, dünya miqyasında yeni neft layihələrinin fəaliyyətə keçməsi və ABŞ-ın şist nefti istehsalının artması hallarında qlobal ehtiyatda artım görülə bilinəcəyi vurğulanıb.


 
 Dünya üzrə ehtiyatların azalmaması və neft qiymətlərinin qalxmaması vəziyyətində OPEC-in qərarını bir daha uzatmayacağına diqqət çəkilən açıqlamada, "OPEC, müqavilə öncəsi hasilat səviyyəsinə qayıdaraq bazar payını itirməməyi istəyə bilər və üzv ölkələr hasilat həcmlərini artıraraq gəlirlərini yüksəltməyi seçə bilərlər",- idadəsinə yer verilib.
 


 Fitch Brent növü xam neftin barrel qiymətinin qısa dövrdə 50-55 dollar aralığında, uzun dövrdə isə 65 dollar səviyyəsində olacağını nəzərdə tutur.

27.05.2017 12:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ