Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yerli məhsulların ixracına ciddi təkan verəcək razılaşma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli məhsulların ixracına ciddi təkan verəcək razılaşma

Azərbaycanın Avropa Akkreditasiya Təşkilatında təmsil olunmasına razılıq əldə olunub

 

Reklam_3_11

Bu, yerli məhsulların ixrac qabiliyyətinin genişləndirilməsinə ciddi təkan olacaq

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 22-25 may tarixlərində Sloveniyanın Bled şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasında iştirak edib.

 

Assambleya zamanı 2025-ci ilə qədər təşkilatın inkişaf strategiyası, 2017-2018-ci illər üçün iş proqramı, akkreditasiya sahəsində regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər məsələlərə baxılıb. Tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti Latviya, Belarus, Türkiyə və Moldova nümayəndə heyətləri ilə görüşlər keçirib, akkreditasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilata üzvlüyünün dəstəklənməsi ilə bağlı razılıq əldə olunub.

 

Komitə sədri Ramiz Həsənovun Almaniya Akkreditasiya Qurumunun (DAkkS) rəhbəri Stefan Finke ilə görüşü zamanı Avropa Birliyinin maliyyəsi ilə DAkkS tərəfindən cari ilin iyun ayında icrasına başlanacaq “Azərbaycanda akkreditasiya sisteminin gücləndirilməsi” adlı “Tvinninq” layihəsi çərçivəsində görüləcək işlər müzakirə edilib. Bildirilib ki, Almaniya, İtaliya və Latviyanın akkreditasiya qurumlarının birgə konsorsiumu tərəfindən icra olunacaq layihənin məqsədi Avropa tələblərinə cavab verən akkreditasiya sistemi vasitəsilə Azərbaycanın iqtisadi inkişafına və dünya bazarına çıxışına töhfə verməkdir. Layihənin sonunda Azərbaycan akkreditasiya orqanının bu sahədə beynəlxalq təşkilat olan EA-ya tam hüquqlu üzvlük təmin olunacaq ki, bu da öz növbəsində ölkəmizin akkreditasiya prosedurlarının tanınması və ixrac proseslərində texniki maneələrin aradan qaldırılması deməkdir.

 

Səfər zamanı EA-nın vitse-prezidenti İqnasio Pina və aparatının rəhbəri Martine Blum ilə təşkilata üzvlüklə ilə bağlı cari ilin əvvəlində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təqdim olunmuş müraciət müzakirə edilib. Müraciət EA katibliyi tərəfindən yüksək qiymətləndirilib və noyabr ayında Berlin şəhərində keçiriləcək Baş Assambleyanın növbəti iclası zamanı Azərbaycanın müvafiq qurumunun həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.

29.05.2017 10:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ