Avro Dollar qarşısında dəyərdən düşüb
Avropa Mərkəzi Bankının sədri Mario Draghi bildirib ki, yaxşılaşmış iqtisadi vəziyyətə baxmayaraq pul siyasətinin sərtləşdirilməsinə və təşviqlərin ləğv edilməsinə tələsməyəcəklər. "Marja" xəbər verir ki, Avro açıqlamanın ardından Dollar və əksər G-10 pulları qarşısında dəyərdən düşüb.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Draghi, iqtisdi inkişafda qeyd edilən irəliləyişə baxmayaraq "inflyasiyanın aşağı qaldığını və yüksəlmək üçün inandırıcı bir meyl göstərmədiyini" bildirərək Avropa Mərkəzi Bankının yeganə şərti olan qiymət sabitliyinə diqqət çəkib.
Avro dollar qarşısında Draghi-nin bəyanatından sonra 1.1175 səviyyəsini görüb. Ötən həftə Avro/Dollar məzənnəsi 1.12 səviyyəaini ötmüşdü.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Avropa Mərkəzi Bankının Prezidenti Mario Draghi Brüsseldəki Avropa Parlamentində çıxış edib. Draghi iqtisadi inkişaf üçün risklərin azaldığını, ancaq Avro Bölgəsinin hələ də ekspansionist şəraitlərə ehtiyacı olduğunu deyib.
Draghi "İnflyasiyanın orta müddətdə 2% səviyyələrinə çıxması və bu səviyyələrdə stabilləşməsi üçün qeyri-adi pul siyasəti dəstəyinin davam etdirilməsi məsələsində qəti olaraq razılaşmış vəziyyətdəyik" deyə bildirib.
"Daxili inflyasiyanın güclənməsi üçün hələ də ucuz maliyyələşdirmə şərtlərinə ehtiyacımız var" - Sədr deyib.
Sürətlənən iqtisadi artım və cansız inflyasiya arasında artan fərq 8 İyundakı faiz qərarından əvvəl müzakirə edilir. Draghi iqtisadiyyatdakı yaxşılaşmanın getdikcə möhkəmləndiyini, bu yaxşılaşmanın sektorlar və ölkə bazasında da davam etdiyini dilə gətirib.
Daha sonra sualları cavablandıran Sədr pul siyasəti mövqeyində dəyişiklik gözləmək üçün çox erkən olduğunu deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
3 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
4 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir