Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiya 40 ton Azərbaycan kartofunun satışa çıxmasının qarşısını alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya 40 ton Azərbaycan kartofunun satışa çıxmasının qarşısını alıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi Azərbaycandan paytaxt regionuna daxil olan kartof məhsulunda karantin obyekti aşkar edib.

 

Reklam_3_11

Bu barədə İdarənin mətbuat xidmətinin məlumatında bildirilir.

 

"Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi tərəfindən "Fud Loqistik" MMC-nin şimal-şərq girişində yerləşən fitosanitar nəzarət postunda Azərbaycan Respublikasından iki avtonəqliyyat vasitəsində daxil olmuş 39,55 ton təzə ərzaq kartofuna baxış zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan qızılı kartof qurdları (Globodera rostochiensis (Woll.) Behrens.) aşkar edilib", - deyə məlumatda bildirilir.

 

Mətbuat xidmətindən verilən məlumata görə, həyat qabiliyyətli yumurta və sürfəli sistaların mövcudluğu "Ümumrusiya bitki karantini mərkəzi" FDBM-in mütəxəssislərinin apardığı laboratoriya ekspertizası tərəfindən təsdiqlənib.

 

"Həmin karantin məhsulları mülkiyyətçisinin qərarı ilə yoluxmuş kartof İdarə nümayəndəsinin iştirakı ilə məhv ediləcək", - deyə məlumatda qeyd olunub.

 

© Report

30.05.2017 05:40

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ