Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Elman Rüstəmovdan Manat açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elman Rüstəmovdan Manat açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Azərbaycan tamamilə yeni iqtisadi tsikldadır.

 

Reklam_3_11

Bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyyələr” mövzusunda keçirilən konfranda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

 

Onun sözlərinə görə, 1996-2016-cı illərdə Azərbaycanda orta hesabla 9,4% iqtisadi inkişaf baş verib, 2006-cı ildə isə ümumi daxili məhsulun (ÜDM) rekord səviyyədə - 34,5%-lik artımı qeydə alınıb: “Lakin iqtisadi konyunktura daimi deyil. Son illər qlobal maliyyə və əmtəə bazarlarında baş verənlər Azərbaycan iqtisadiyyatına da təsir göstərib. Azərbaycan neftdən əldə etdiyi gəlirin 2/3 hissəsini itirdi və son nəticədə 2016-cı ildə ölkənin ticarət balansında 1,4 mlrd. dollarlıq kəsir yarandı, buna görə də Azərbaycan manatının məzənnəsinə yenidən baxmaq zərurəti yarandı. Hazırda qarşıda duran məqsəd iqtisadiyyatı əvvəlki vəziyyətinə qaytarmaqdır”.

 

E.Rüstəmov qeyd edib ki, Azərbaycan manatının məzənnəsi 5 aydır ki, üzən rejimdə müəyyən edilir:

 

“Bu dövrdə 1 ABŞ dolları 1,92 manata qədər bahalaşdı, lakin qısa müddətdə Azərbaycan manatının məzənnəsi sabitləşdi və hazırda pik həddən 11% aşağıdır. Ümumilikdə isə manatın real effektiv məzənnəsi 50%-dən çox azalıb, bu da məqsəduyğundur. Çünki güclü manat idxalı artıra, əlavə problemlər yarada bilər. Qeyri-neft sektorundan ixracın artımı isə manatın məzənnəsinin bazar iştirakçıları üçün əlverişli olmasını tələb edir”.

 

“Bu ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik. Onu qeyd edim ki, məzənnənin möhkəmlənməsi riski zəifləmə riskindən böyükdür və iqtisadi subyektlər arasında çaşqınlıq yaranmasına ehtiyac yoxdur”, - deyə AMB sədri qeyd edib.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

"GENİŞ İQTİSADİ İSLAHATLAR GÜNDƏLİYİ HAZIRLAMIŞIQ"

 

E.Rüstəmov əlavə edib ki, rəhbərlik etdiyi qurum geniş iqtisadi islahatlar gündəliyi hazırlayıb və onu bu günlərdə Maliyyə Sabitliyi Şurasına təqdim edəcək. E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda banklararası aktiv pul bazarının yaradılması, bunun üçün kredit təşkilatları arasında inamın gücləndirilməsi, zəmanət mexanizminin tətbiqi, nağdsız hesablaşmaların inkişaf etdirilməsi, bütövlükdə nağdsız cəmiyyətə keçid qarşıya məqsəd kimi qoyulub.

 

25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR

 

© Report

30.05.2017 08:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ