Ərik ağacından hazırlayıb, 100-150 manata satır
Toy şənliklərimizin bəzəyi olan, ən qədim musiqi alətlərimizdən sayılan zurna və balabanı ifa etmək qədər hazırlamaq da çətindir. Cənub bölgəsində bu sənəti indi də böyük həvəs və ustalıqla yaşadanlar var.
Lerik rayon sakini Əfrəddin Şahiyev uzun illərdir bu musiqi alətlərini hazırlamaqla məşğuldur. Bu sənət ona atası Xaniş Şahiyevdən yadigar qalıb.
Zurnanın mahir ifaçısı olan usta Ə.Şahıyev bildirir ki, bu musiqi alətini hazırlamaq xüsusi incəlik tələb edir. Zurnanı ərsəyə gətirmək üçün ərik ağacından istifadə olunur. Ağacın kəsilmə vaxtına və saxlanılmasına xüsusi diqqət yetirmək lazımdır. Yonulan ağac parçasının aşağı hissəsi yuxarıya qalxdıqca nazikləşdirilir. Ağac zurna halına salındıqdan sonra ona əhəng vurulur.
Ölkənin müxtəlif yerlərindən sifarişlər alan Əfrəddin Şahiyev zurna və balabana tələbatın kifayət qədər olduğunu bildirir. O, bəzi hallarda sifarişə uyğun olaraq musiqi alətinə əlavələr də edir.
Usta bildirib ki, hazırda balaban alıcılara 50-80, zurna isə 100-150 manata təklif edilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
31 d. əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
58 d. əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
1 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
1 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
2 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
2 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib