Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Masallı yay turizm mövsümünü açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Masallı yay turizm mövsümünü açdı

Masallı rayonundakı “Viləş” otelində yay turizm mövsümünün açılışı olub.

 

Mədəniyyət və Turizm Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə turizm sərgisində yerli mətbəx, sənətkarların əl işləri, xalq tətbiqi sənəti və rayonda istehsal edilən kənd təsərrüfatı məsullarının nümunələri ilə tanış olublar.

 

Qeyd olunub ki, Masallı rayonunda turizmin inkişafı üçün geniş imkanlar var. Rayonda fəaliyyət göstərən 33 turizm obyekti və istirahət mərkəzinin əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin sertifikatını alıb.

 

Diqqətə çatdırılıb ki, son illər Masallı rayonuna gələn turistlərin sayı artmaqda davam edir. Ötən il rayona 24 min 730 turist gəlib. Onlardan 1650 nəfəri xarici turist olub. Bu ilin birinci rübündə isə Masallıya gələn 1650 turistin 600 nəfərini xarici ölkələrdən gələn turistlər təşkil edib. Turizm obyektlərində və istirahət mərkəzlərində dincələnlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsində rayonda fəaliyyət göstərən Turizm Kolleci əhəmiyyətli rol oynayır.

 

Yerli sahibkarlardan “Viləş” otelin direktoru Anar Ağayev, “İstisu” sanatoriyasının rəhbəri İldırım Allahyarov, “Cənub nemətləri” istirahət mərkəzinin əməkdaşı Orxan Əliyev və başqaları iş adamlarına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Mərasim respublikanın və rayonun incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

 

© Azərtac

30.05.2017 09:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ