Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AccessBank faizləri istirahətə göndərdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank faizləri istirahətə göndərdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yubiley kampaniyası çərçivəsində kreditin 3 ayının faizləri hədiyyə edilir

 

AccessBank 15 illik yubileyi münasibətilə bu il müştəriləri yeni kampaniya və təkliflərlə sevindirəcək.

 

İlk olaraq Bank yeni “15=12” kampaniyasına başlayır. Bu kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin 3 ayının faizləri hədiyyə edilir. Belə ki, 15 ay müddətinə kredit götürən şəxslər yalnız 12 ayın faizinı ödəyəcəklər. Bu təklifdən yararlanan müştərilər sərfəli şərtlərlə 50000 manatadək mikro və 20000 manatadək nağd kreditlər əldə edə bilərlər.

 

“15=12” kampaniyası 30iyun 2017-ci il tarixinədək davam edəcək. Xatırladaq ki, AccessBank,həmçinin, kiçik və orta biznes müştərilərinə də sərfəli kreditlər təklif edir. Bank öz missiyasına sadiq qalaraq daim iş adamlarını maliyyələşdirir və bununla da yerli sahibkarlığın inkişafına dəstək olur.

 

Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir. 

30.05.2017 11:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ