Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Nəzarətə götürülən 5 bank kiçik banklardır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nəzarətə götürülən 5 bank kiçik banklardır"

Palata: Nəzarətə götürülən banklar yaxın vaxtda kapitallaşacaq

 

"Kapital çatışmazlığı ilə üzləşən və nəzarətə götürülən 5 bank kiçik banklardır". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

 

"Həmin banklardan birinin adını çəkə bilərəm ki, bu da "AtaBank" idi. Həmin bank artıq konsolidasiya prosesinə başlayıb və bizim qiymətləndirmələrimiz göstərir ki, birləşmə nəticəsində yaranacaq bankın kapitalı 85 mln. manat, adekvatlıq əmsalı isə təxminən 40% olacaq, bu isə bizim normalarımıza tam uyğundur. Bilirsiniz ki, "AtaBank"ın kapitalla bağlı problemi var idi, hətta müştərilər şikayət edərək bildirirdilər ki, ödənişlərdə müəyyən ləngimələr var. Lakin bütün bu problemlər aradan qalxdı. Digər banklar isə kiçik banklardır. Onların aktivlərinin ümumi bank sistemindəki xüsusi çəkisi 5%-dir. Ümid edirəm ki, yaxın 1 ay ərzində biz bu bankların da müvafiq qaydada kapitallaşmasını görəcəyik. Müddətlərin bir qədər ləngiməsinin əsas səbəbi kimi səhmdarların sırasında xarici investorlar olması və kapitalın bərpası planının müəyyən daxili prosedurlar tələb etməsindən irəli gəlir", - deyə R.Aslanlı bildirib.

 

TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !

 

© APA

30.05.2017 12:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ