Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qazaxıstan ABB-nin restrukturizasiya planını dəstəkləyəcəyinə işarə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan ABB-nin restrukturizasiya planını dəstəkləyəcəyinə işarə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) istiqrazlarına yatırdığı investisiyanın geri qaytarılması məsələsi payızda həllini tapa bilər.

 

Bunu Qazaxıstanın maliyyə naziri Bakıt Sultanov hökumətin iclasında bildirib.

 

"Cari ilin iyul ayının ortalarında keçiriləcək iclasda kreditorlar ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planını müzakirə edəcəklər. Kreditorların 2/3-si planı dəstəkləyərsə, məsələ payızda həllini tapacaq", - deyə nazir qeyd edib.


Onun sözlərinə görə, ABB tərəfindən təklif olunan variantların öyrənilməsi üçün Milli Bank və hökumət nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. "Mayın 23-də Londonda keçirilən görüş zamanı kreditorlara üç restrukturizasiya variantı təklif olunub. Variantlarla detallı şəkildə tanış olduqdan sonra İşçi qrupu "Vahid Pensiya Yığımı Fondu" üçün daha az itkiyə səbəb olacaq variantı seçəcək".
 

Qazaxıstan Milli Bankının məlumatına əsasən, "Vahid Pensiya Yığımı Fondu" SC 2014-cü ilin oktyabr ayında ABB-nin 10 illik istiqrazlarına 250 mln. dollar yatırıb. Qiymətli kağızlar üzrə gəlirlilik 8,25% olub.

 

Mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək.



ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri banklıdır. Maliyyə Nazirliyi bankın səhmlərinin 76,7%-nə, "Aqrarkredit" isə 14,6%-nə sahibdir.

 

© APA, İnterfax

30.05.2017 13:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ