Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Meyvə - tərəvəzə ciddi zərər vura bilər - YAYILMA TƏHLÜKƏSİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Meyvə - tərəvəzə ciddi zərər vura bilər - YAYILMA TƏHLÜKƏSİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti mərmər bağacığının (Halyomorpha halys Stal) Azərbaycan ərazisində yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, gücləndirilmiş iş rejiminə keçib, müşahidə və maarifləndirmə tədbirlərinə başlayıb.

 

Reklam_3_11

Dövlət Fitosanitar Nəzarəti Xidmətindən bildiriblər ki, xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığı bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq, sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir, meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dövrünə zərər vurmaqla, məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.

 

Mərmər bağacığı yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Rəngi qəhvəyidir. Bel və baş nahiyəsi spesifik mərmərəbənzər naxışlarla örtülüdür. Aşağı hissəsi ağımtıl və ya ağ qəhvəyi rəngdədir. Bədən quruluşu armudvari olmaqla, yığcam formada 12-17 millimetr təşkil edir.

 

Mərmər bağacığı yumurta qoymaqla çoxalır. I nəsil əsasən may-iyun, II nəsil iyun-avqust, III nəsil isə avqust-oktyabr aylarında inkişaf edir.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyi tövsiyə edir.

 

Bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçib və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlanılıb.

 

Çoxillik təcrübələrə əsaslanaraq, zərərverici ilə mübarizə zamanı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir və bu, ən səmərəli mübarizə tədbirləri sayılır.

 

“Lyambda siqalotrin” və “bifentrin” tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidir. “Karate Zeon” (“Lyambda siqalotrin”) 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün çəkir.

 

“Talstar” (“bifentrin”) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidir.

31.05.2017 05:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ