PAŞA Bank yeni nəsil bankomatlar istifadəyə verdi

 

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank yeni nəsil ATM qurğularını müştərilərin istifadəsinə vermişdir.

 

Özündə həm bankomat, həm də avtomatik valyuta mübadilə funksiyalarını birləşdirən qurğular vasitəsilə vətəndaşlarımız və Azərbaycanı ziyarət edən xarici ölkələrin vətəndaşları günün istənilən vaxtı bank kartlarından istifadə edərək vəsaiti nağdlaşdıra biləcək, eləcə də valyuta dəyişmə məntəqələrinə getmədən xarici valyutalarını manata dəyişərək istifadə edə biləcəklər.

 

Yeni nəsil ATM-lərin digər bir özəlliyi ondan ibarətdir ki, nağdlaşdırma əməliyyatı etmək istəyən digər bank kartı sahiblərinə bankomatın qəbul etdiyi əskinazlar rahat təqdim edilə bilir. Bu tip qurğularda adi bankomatlardan fərqli olaraq vəsaiti qəbul edən və nağdlaşdıran əskinaz bölmələri əlaqəlidir və PAŞA Bankın təqdim etdiyi üstünlük nəticəsində sahibkar gün ərzində yığdığı vəsaiti inkassasiya xərclərini minimuma endirərək ATM-ə daxil edə bilir və eyni əskinazlar rahatlıqla digər kart sahibləri tərəfindən nağdlaşdırıla bilir.

 

PAŞA Bankın Baş Kommersiya inzibatçısı Melih Mengünün qeyd etdiyi kimi, ölkəmizdə yerli biznesin dirçəldiyi və respublikamıza gələn turistlərin sayının durmadan artdığı bir vaxtda bu cür “nou-xau”-lardan istifadənin genişləndirilməsi iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına növbəti bir töhfədir. “Qarşısında rəqəmsal bankçılığın inkişafını və real sektorun tələblərinin müvafiq qaydada təmin edilməsini davamlı hədəfləyən PAŞA Bank öz müştərilərinin ehtiyaclarını ödəmək üçün beynəlxalq təcrübə və ekspertiza əsasında hazırlanan yeni xidmətlər və texniki həllər bazara təqdim etməyə davam edəcək”, - M. Mengü yekünlaşdırdı.

 

Qeyd edək ki, yeni nəsil ATM qurğuları artıq JW Marriot Absheron, Baku Boulevard Hotel, Bilgah Beach Hotel və Four Seasons mehmanxanalarında istifadəyə verilib.

31 May 2017 , 11:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin