Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Parlament dövlət büdcəsinin icrasını müzakirə edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Parlament dövlət büdcəsinin icrasını müzakirə edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsimüzakirə olunur.

 

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda büdcə gəlirləri azaldığı şəraitdə müdafiə xərcləri artır. Müdafiə xərclərin dinamikasında stabillik saxlanılıb.

 

O qeyd edib ki, pul vəsaitlərinin vaxtında qaytarılmasına nail olunur. Azərbaycanın xarici dövlətlər qarşısında heç bir problemi yoxdur. Bu da qarşılıqlı münasibətlərin qorunmasında olduqca önəmlidir.

 

Ötən ilki büdcənin gəlirləri 16 822,0 mln. manat proqnoza qarşı 17 505,7 mln. manat və ya 104,1% icra edilib. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29,0%-ə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7,715 mln. manat çox olub.

 

2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 495,0 mln. manat proqnoza qarşı 17 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. ÜDM-ə nisbəti ilə götürdükdə, büdcə xərcləri ÜDM-in 29,4%-nə bərabər olub.

 

Hesabat ilində dövlət büdcəsinin kəsiri 245,604 mln. manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31,232 mln. manat, xarici qrantlar 12,326 mln. manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186,819 mln. manat olub.

 

©Report

31.05.2017 10:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ