Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Gilas bağları, alma, şaftalı və digər bağlara nisbətən daha çox gəlir gətirir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gilas bağları, alma, şaftalı və digər bağlara nisbətən daha çox gəlir gətirir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xaçmazlı sahibkarlar may ayının ikinci ongünlüyündən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar.

 

Reklam_3_11

Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır. Gilasın bir kiloqramı keyfiyyətindən asılı olaraq 1,5-2 manata satılır.

 

Bağ sahibləri hazırda gilasın tezyetişən sortlarını toplayırlar. Sahibkarlar gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyirlər. Buna görə də hazırkı satış qiymətinin onları qane etdiyini vurğulayırlar.

 

Rayonun Müzəffəroba kəndindən olan təsərrüfatçı Həsən Bayramov bildirir ki, iyul ayının ilk günlərindən gilasın digər sortlarının da yığımına başlayacaqlar. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının bazarlarına da göndəriləcək.

 

İyun ayı gilas yığımının ən qızğın çağıdır. Xaçmaz rayonunda gilasın “Krım” və “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir.

 

Son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər.

 

©Azərtac

31.05.2017 14:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ