Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Beynəlxalq Bankın ciddi şəkildə zəifləməsinin əsas səbəbi devalvasiya deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Beynəlxalq Bankın ciddi şəkildə zəifləməsinin əsas səbəbi devalvasiya deyil"

 

Bəzi mətbuat orqanlarda Qazaxıstan KİV-lərinə istinadən bu ölkənin maliyyə naziri Bakıt Sultanovdan sitat gətirilərək maliyyə naziri Samir Şərifovun adından “Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən öhdəliklərin yerinə yetirilməsinin dayandırılması ilə bağlı qəbul olunan qərarın əsas səbəbi manatın devalvasiyasıdır” kimi xəbərlər dərc olunmaqdadır.

Reklam_3_11


Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoru mətbuat orqanlarına bu kimi xəbərləri yayarkən nazirliyin saytında və digər rəsmi mənbələrdə dərc olunan məlumatlara və press-relizlərə istinad etməyi tövsiyə edir (Aşağıda rəsmi mənbələrin linkləri təqdim olunur).


Belə ki, həmin məlumatlarda göstərilir ki, 2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin məhkəmə predmeti olan cinayət əməlləri, habelə müəyyən olunmuş kredit riskləri üzrə limitlərin kobud şəkildə pozularaq qaytarılmayan və ümidsiz kreditlərin ayrılması ABB-nin fəaliyyətinə mənfi təsir göstərməklə bankın maliyyə mövqeyinin ciddi şəkildə zəifləməsinə səbəb olmuşdur.

 

Mayın 23-də ABB-nin sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə keçirilən görüşdə bankın İdarə Heyətinin sədri Xalid Əhədov da 2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət əməllərinin ABB-nin maliyyə mövqeyini zəiflətdiyini və itkilərə gətirib çıxardığını bildirmişdir.


Şübhəsiz ki, manatın məzənnəsinin ucuzlaşması da ölkədə fəaliyyət göstərən digər banklar kimi ABB-nin də maliyə vəziyyətinə mənfi təsir göstərmişdir, lakin bunu əsas səbəb kimi göstərmək tamamilə əsassızdır.

 

(http://maliyye.gov.az/node/2036 )
(https://www.ibar.az/az/news/londonda-az-rbaycan-beyn-lxalq-bank-n-n-xarici-kreditorlar-il-goru-kecirilib/ )
(https://www.ibar.az/az/news/azerbaycan-beyn-lxalq-bank-n-n-i-dar-hey-tinin-s-dri-xalid-h-dovun-musahib-si/ )
(http://apa.az/maliyye_xeberleri/maliyye-nazirliyi-beynelxalq-bankin-sabiq-sedrinin-ittihamlarina-cavab-verib.html )

31.05.2017 18:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ