Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fed/Williams: Fed 2017-də 4 dəfə faiz artıra bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed/Williams: Fed 2017-də 4 dəfə faiz artıra bilər

ABŞ Mərkəzi Bankı Fed-in San-Fransisko şöbəsinin sədri John Williams, iqtisadiyyat yaxşı gedərsə, Fed-in bu il 4 dəfə faiz artıracağını deyib.


 
"Marja" xəbər verir ki, Williams, Seulda keçirdiyi mətbuat konfransında, işsizlik nisbətinin 4.5%-dən aşağı enməsi ilə birlikdə ABŞ iqtisadiyyatının çox yaxşı inkişaf yolunda olduğunu qeyd edib.


 

Williams, "Fed-in bu il faizi 3 dəfə artırması ağlabatan fikirdir, ancaq iqtisadiyyatda yuxarı istiqamətli potensial var. Faizin 3 dəfə artırılacağı məlumdur, ancaq iqtisadiyyat güclənərsə 4 dəfə də artırıla bilər" deyib.


 VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!


Fedin növbəti böyük addımının balans böyüklüyünü azaltmaq olduğunu deyən Williams, iqtisadiyyatın yaxşı getməsi ilə yanaşı, balans böyüklüyünü azaldılması prosesinin bu il başlanmasının gözləndiyini və normal səviyyələrə gəlməsinin bir neçə il alacağını sözlərinə əlavə edib.


 
ABŞ-da faizlərin növbəti bir neçə ildə harada olmasını gözlədiyinə dair bir suala cavab verən Williams, "3 faizə doğru gedirik" cavabını verib. Hazırda Fed-in faizi 0,75-1% civarındadır.


 
Williams, son zəif inflyasiya rəqəmi ilə bağlı da danışıb və bu vəziyyətdən çox narahat olmadığını, bu rəqəmin müvəqqəti amillərdən qaynaqlandığını bildirib.


 
 Williams, ABŞ-da durğunluq ehtimalına dair bir suala da, "ABŞ-da bu gün durğunluq risklərinə işarə edən bir göstərici yoxdur. Bütün göstəricilər mötədil artıma işarə edir" deyib.

 

TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !

01.06.2017 05:10

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ