Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Büdcə Neft Fondundan daha az "qidalanacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Büdcə Neft Fondundan daha az "qidalanacaq"

Azərbaycan hökuməti dövlət büdcəsinə Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcminin azaldılması siyasətini davam etdirəcək. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

 

Reklam_3_11

"Bu, büdcə konsolidasiyası siyasətinin komponentidir", - deyə o, Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, 2008-2015-ci illərdə ARDNF-in xətti ilə dövlət büdcəsinə daxilolmalar qeyri-neft sektorundan əldə olunan büdcə gəlirlərindən çox olub, 2016-cı ildə isə qeyri-neft gəlirləri fonddan transfertlərin həcmini 700 mln. manat üstələyib.

 

"Bu müsbət tendensiyanın saxlanılması gələcəkdə ölkə iqtisadiyyatının sabitliyinə xidmət edəcək. 2016-cı ildə ölkənin büdcə gəlirlərində ARDNF-dən transfertlərin xüsusi çəkisi 43,5% təşkil edib ki, bu da proqnoz göstəricisindənn çox azdır", - deyə o qeyd edib.

 

Ötən il dövlət büdcəsinin gəlirləri 17 mlrd. 505 mln. 679,5 min manat, fonddan transfertlərin həcmi 7 mlrd. 615 mln. manat təşkil edib.

 

© İnterfaks-Azərbaycan

01.06.2017 05:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ