Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qazaxıstanın ikinci böyük bankı da borcunu ödəməyə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstanın ikinci böyük bankı da borcunu ödəməyə bilər

Azərbaycanda başlayan dalğa yayılır

 
"Borcunu ödəyə bilməyən Azərbaycan  Beynəlxalq Bankından sonra Qazaxıstanın ikinci böyük bankı "Kazkommertsbank" üçün də "borc təbili" çalmağa başlayıb", - "Marja" xəbər verir ki, "Bloomberg" yazır.


 
Borcunu qaytara bilməyən və restrukturizasiya proqramı çərçivəsində borcunun 20%-nin silinməsi üçün çalışan Azərbaycan  Beynəlxalq Bankının bu ağır halı, domino təsiri ilə Xəzər dənizilə həmsərhəd Qazax "Kazkommertsbank"a da sıçraya bilər.


 
Borc ödəməsinə iki həftə qalmış "Kazkommertsbank"ın 250 milyon dollar dəyərində istiqrazları ortalamadan aşağı əməliyyat olunur. Bank, cümə günü etdiyi açıqlamada sözügedən istiqraz ödəmələrini öz pulu ilə edəcəyini açıqlasa da, bankın qiymətli kağızları ucuzlaşır.

 

"Sberbank"ın analitiklərindən Aleksey Bulgakov, Bloomberg-ə verdiyi açıqlamada,, "Kazkommertsbank"ın açıqlamaları ilə bankın heç olmasa qısamüddətli öhdəliklərini qarşılayacaq likvidliyə malik olduğunu göstərməyi hədəflədyini söyləyib


 
 NEFT QAZAXLARI DA VURDU


 
 Neft qiymətlərinin iki ildə 50 faiz aşağı düşüməsi, keçmiş Sovet İttifaqının ikinci və üçüncü böyük istehsalçıları Qazaxıstan və Azərbaycan iqtisadiyyatını pis təsir etdi. Devalvasiyalara məcbur olarkən banklara etibar də sarsıdıldı.


 
Azərbaycan Beynəlxalq Bankı 3,3 milyard dollarlıq xarici borcunu ödəyə bilmədiyi günlərdə, "Kazkommertsbank"ın borcu 3,8 milyard dollara çatıb. Qazaxıstan bankının 2018-ci ildə 300 milyon dollar, 2022-dədə 750 milyon dollarlıq borc ödəməsi də var.


 
 014-də iki dəfə borcunu ödəyə bilməz vəziyyətə düşmüş "BTA Bank"ın ödəməsini qəbul etdiyindən bu yana zəifləyən "Kazkommertsbank", xilasetmə planı çərçivəsində problemli aktivlər satın alaraq hökumətdən 2,4 trilyon tengə (7,7 milyard dollar) borc alıb.


 
"Kazkommertsbank", noyabrdan bu yana şirkət hesablarının üçdə bir azalmasına səbəb olan müştəri çıxışları ilə mübarizə aparır. Bu vəziyyət Qazax Bankının, Mərkəzi Bankdan mart ayı üçün 200 milyard tengəlik xüsusi krediti almasına maneə yaradır. Dövlət başçısı Nursultan Nazarbayev, noyabr ayında etdiyi bir açıqlamada Bankının çökməsinə icazə verməyəcəklərini açıqlayıb.

01.06.2017 06:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ