Korrupsiya barədə məlumat vermək asanlaşdı

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 14 oktyabr 2016-cı il tarixli Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib.

 

İqtisadiyyat Nazirliyinin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcəkdir. 

23 Dekabr 2017, 17:42   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin