Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İSB-dən xəbərdarlıq: Çalışın, bu tora düşməyin!

iç səhifə xəbər başlığı altı (mobil)_31
İSB-dən xəbərdarlıq: Çalışın, bu tora düşməyin!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda ölkəninavtomobil parkının əhəmiyyətli hissəsi icbari sığortaya cəlb olunmuşdur və icbari qaydada sığortalanmış avtonəqliyyat vasitələrinin törətdiyi yol-nəqliyyat hadisələri nəticəsində zərərçəkən üçüncü şəxslərin sığorta təminatı sığorta şirkətləri tərəfindən qarşılanır.

 

Reklam_3_11

Bununla yanaşı, icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitələrinin səbəb olduğu yol qəzalarında da hər il müəyyən sayda vətəndaşlar bu və ya digər dərəcədə bədən xəsarəti alır, hətta həyatını itirir. Azərbaycan Respublikasının ərazisində naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində sağlamlığına zərər dəymiş və ya həyatını itirmiş vətəndaşlar üçün kompensasiya ödənişlərinin verilməsi mexanizmi nəzərdə tutulmuşdur. Bu mexanizmin icrası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İcbari Siğorta Bürosu tərəfindən təmin edilir.

 

Sağlamlığa dəyən zərər, bu cür zərər üzrə sığorta məbləğivə Büro tərəfindən ödənilən kompensasiya ödənişinin sığorta məbləğinə nisbəti sözügedən Qanunda (14 və 56-cı maddələr) müəyyən edilmişdir.

 

Kompensasiya ödənişi kimlərə və hansı hallarda verilir

 

Qanuna əsasən, naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş üçüncü şəxslər İcbari Sığorta Bürosundan kompensasiya ödənişini tələb etmək və almaq hüququna malik olan şəxslər hesab olunur. Hadisə nəticəsində şəxsin ölməsi halında bu hüquq onun ailə üzvlərinə keçir. Qanuna əsasən ailə üzvləri dedikdə şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. 

 

Kompensasiya ödənişi almaq üçün İcbari Sığorta Bürosuna müraciət etməyin başlıca şərti həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəməninqanuni qüvvəyə minmiş yekun qərarının olmasıdır. Digər mühüm şərt isə ondan ibarətdir ki, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam və ya qismən ödənilməmiş olsun.

 

Kompensasiya ödənişi almaq üçün nadürüst “vasitəçilərlə” əməkdaşlıq etməyin: münasibətlərinizi etibarnamə üzrə deyil, notarial qaydada təsdiqlənmiş müqavilə ilə rəsmiləşdirin

 

Büroya kompensasiya ödənişi ilə bağlı müraciət etmək və ödəniş düşdüyü halda onu almaq mürəkkəb prosesdeyildir. Bunun üçün qanunvericiliklə siyahısı müəyyən edilmiş sənədlərin toplanması və Büroya təqdim edilməsi yetərlidir. Bunu zərərçəkmişin özü (ailə üzvləri), yaxud da onun adından qanuni əsaslarlaçıxış edən nümayəndəsiedə bilər. İcbari Sığorta Bürosu tövsiyə edir ki, bu və ya digər səbəblərdən vətəndaşlar Büroya şəxsən müraciət etmədiyi hallarda bu işi peşəkar hüquq xidmətləri göstərən vasitəçilərə həvalə etsinlər və tərəflər arasında yaranan mülki münasibətlər göstəriləcək xidmətlərə görə bütün şərtlərin, eləcə də ağlabatan məbləğdə müəyyən edilmişxidmət haqqının aydın əks olunduğu və notarial qaydada təsdiqlənmiş müqavilə ilə rəsmiləşdirilsin. Əfsuslar olsun ki, bəzi hallarda zərərçəkənlərin düşdüyü durumun həssaslığından, eləcə də onların məlumatlı olmamasından sui-istifadə edən, son məqsədi zərərçəkənə düşə biləcək kompensasiya ödənişinin bir hissəsini (hətta yarısını və ya daha çox qismini) qanunsuz yolla mənimsəmək olan dələduz “vasitəçilər” peyda olur və vətəndaşları aldatmaq yolu ilə guya Bürodan kompensasiyanın alınması prosesinin mürəkkəbliyini, hətta mümkünsüzlüyünü iddia edərək vətəndaşları onların adından vasitəçi kimi çıxış etməyə razı salırlar. Adətən bu cür “vasitəçilər” vətəndaşın verdiyi etibarnamə əsasında hərəkət edirlər və tərəflər arasında münasibətləri tənzimləyən hər hansı hüquqi razılaşma və ya müqavilə mövcud olmur.Burada digər acınacaqlı məqam isə ondan ibarətdir ki, vasitəçiyə etibarnamə verərkən vətəndaşlar əksər hallarda etibarnamənin əhatə etdiyi hüquqların dairəsinə diqqət etməyərək tələb olunandan daha geniş səlahiyyətlər verən etibarnamə təqdim edirlər, bununla da vasitəçiyə təmsilçilik hüququ ilə yanaşı, özlərinin adından maliyyə əməliyyatları aparmaq hüququnu da ötürmüş olurlar.

 

İcbari Sığorta Bürosu heç bir halda kompensasiya ödənişlərini vasitəçilərə ödəmir. Bütün ödənişlər yalnız zərərçəkənlərin (və ya onların müraciət etmiş ailə üzvlərinin) adına (poçt vasitəsilə) və ya bank hesabına (olduqda) edilir. Lakinvətəndaşlar bilməlidirlər ki, müqavilə ilə bərkidilməyən münasibətlər nadürüst vasitəçinin vətəndaşı ona çatmalı olan kompensasiya ödənişinin müəyyən hissəsindən qanunsuz olaraq məhrum etməsi ilə nəticələnə bilər. Belə ki, əgər zərərçəkənin adından çıxış edən vasitəçi müqavilə ilə deyil, etibarnamə üzrə hərəkət edirsə və etibarnaməninəhatə etdiyi hüquqların dairəsi yalnız təmsilçiliklə məhdudlaşdırılmamışdırsa,bu halda həmin şəxs etibarnaməyə uyğun olaraq zərərçəkənə çatacaq vəsaiti almaqvə onun üzərində sərəncam vermək səlahiyyətinə də malik olur. Bir sıra hallarda vasitəçilər bundan sui-istifadə edərək dələduzluq edir və vətəndaşa çatacaq həmin vəsaitin əhəmiyyətli hissəsini mənimsəyir, zərərçəkənə isə özlərinin istəyinə görə bir məbləği verərək yalnız bu qədər kompensasiya ödənildiyini söyləyirlər. Zərərçəkənlər isə bunun fərqinə varmayaraq nəticədə özlərinin də xəbəri olmadan bu cür nadürüst vasitəçilərin qurbanına çevrilmiş olur.

 

İcbari Sığorta Bürosu vətəndaşları qəti şəkildə bu cür dələduz vasitəçilərin toruna düşməməyə və vasitəçi ilə mülki münasibətlərini yalnız öncədən bağlanılan və notarial qaydada təsdiqlənmiş ikitərəfli müqavilə ilə rəsmiləşdirməyə çağırır. Büro vətəndaşların nəzərinə çatdırır ki, hər hansı səbəbdən kompensasiya ödənişi ilə bağlı Büroya şəxsən müraciət edə bilmədikdə, eləcə də vasitəçi ilə müqavilə bağlamaq mümkün olmadıqda,vasitəçiyə veriləcək etibarnamə ona yalnız zərərçəkəni Büro qarşısında təmsil etmək hüququ verməli, vasitəçiyə daha geniş səlahiyyətlər həvaləetməməlidir, əks halda yuxarıda təsvir edilən arzuolunmaz halların baş verməsi ehtimalı mövcud olacaqdır. Zərərçəkənlə vasitəçi arasında bağlanılan ikitərəfli müqavilə əsasında əməkdaşlıq isə bu kimi mənfi halları istisna edir, belə ki bu zaman vasitəçinin zərərçəkənə ödənilən kompensasiyanı almaq imkanı olmur və ona yalnız öncədən razılaşdırılmışvə müqavilədə qeyd olunmuş xidmət haqqı çatır. Həmçinin, etibarnamədən fərqli olaraq müqavilə tərəflər arasında mülki münasibətləri dəqiq müəyyən edir, eləcə də vasitəçinin zərərçəkənə göstərdiyi hüquqi xidmətlərin keyfiyyətinə dair sonradan yarana biləcək mübahisələrin hüquqi müstəvidə həlli üçün zəmin yaradır.

 

Əlavə olaraq, Büro bəyan edir ki, bütün hallarda – istər zərərçəkənin özünün (ailə üzvlərinin), istərsə də onu təmsil edən vasitəçinin müraciət etməsi halında, Büro,tamamilə təmənnasız olaraq, müraciət etmiş şəxslərə kompensasiya ödənişinin alınması prosesi ilə bağlı lazımi dəstəyi və istiqamətləndirməni təmin edir.  

 

Zamanında zərərvuran şəxsə qarşı iddianınqaldırılmaması gələcəkdə Bürodan kompensasiya ödənişinin alınmasını əngəlləyə bilər

 

Bəzi hallarda zərərçəkən ibtidai istintaq və ya məhkəmə araşdırması dövründə zərərvuran şəxsə qarşı ona dəymiş zərərləbağlı hər hansı iddia qaldırmır və müvafiq olaraq rəsmisənədlərdə də zərərçəkənin iddiasınınolmamasıəksini tapır. Təbii ki, bunu zərərçəkənlərin düşdüyü durumun həssaslığı, bəzən onların qarşı tərəfə mərhəmət göstərməsi, bəzən də məlumatsız olmaları ilə əlaqələndirmək mümkündür. Lakin sonradan Büroya kompensasiya ödənişi almaq üçün müraciət edən bu cür zərərçəkənlər və ya onların vasitəçiləribilməlidirlər ki, bu hal onların kompensasiya ödənişi almasını əngəlləyə və ödənişin verilməsindən qanuni əsaslarla imtinaya səbəb ola bilər.

 

Kompensasiya ödənişləri zərərçəkmiş qismində tanınan şəxslərə verilə bilər

 

Bəzi hallarda isə vətəndaşlar istintaq zamanı zərərçəkmiş qismində deyil, şahid kimi tanınır və sonradan Büroya müraciət edərək kompensasiya ödənişi almaq niyyətində olurlar. İcbari Sığorta Bürosubəyan edir ki, kompensasiya ödənişləri istintaq və ya məhkəmə orqanları tərəfindən zərərçəkmiş qismində tanınan şəxslərə verilə bilər.

 

Naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitəsinin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəymiş zərərlə bağlı kompensasiya ödənişinin alınması üçün İcbari Sığorta Bürosuna müraciət edərkən aşağıdakı vacib məqamları nəzərə alın:

 

-Kompensasiya ödənişi almaq üçün Büroya şəxsən müraciət edin;

 

-Əgər kompensasiya ödənişinin alınması prosesi ilə bağlı sizə əlavə hüquqi xidmətlərin lazım olacağı qənaətinə gəlsəniz, yalnız bu zaman analoji xidmətləri təqdim edən vasitəçi ilə ünsiyyətə keçməyiniz tövsiyə olunur;

 

-Əməkdaşlıq edəcəyiniz vasitəçi ilə mülki münasibətlərinizimüqavilə ilə rəsmiləşdirin. Müqavilənin bütün şərtləri və vasitəçiyə ödəniləcək xidmət haqqını aydın əks etdirməsini və notarial qaydada təsdiqlənmiş olmasını tələb edin;

 

-Hər hansı səbəbdən Büroya şəxsən müraciət edə bilmədikdə, eləcə də vasitəçi ilə müqavilə bağlamaq mümkün olmadıqda, ona verəcəyiniz etibarnaməni Büro qarşısında sizi yalnız təmsil etmə hüququ ilə məhdudlaşdırın. Daha geniş səlahiyyətlər həvalə edən etibarnamə verməklə bəzi nadürüst vasitəçilərin dələduzluq əməllərinin qurbanı ola bilərsiniz;

 

-İstər şəxsən, istərsə də vasitəçinizlə müraciət etdiyiniz hallarda, Büronun əməkdaşları proses boyu sizi və ya nümayəndənizi təmənnasız şəkildə istiqamətləndirəcəklər;

 

-Vasitəçinizlə yanaşı özünüz də Büronun əməkdaşları ilə ilkin görüşlərdə iştirak etməyə çalışın və sizi maraqlandıran sualları birbaşa Büronun əməkdaşlarına verin;

 

-Yalnız yol-nəqliyyat hadisəsi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra kompensasiya ödənişinin alınması ilə bağlı Büroya müraciət etmək olar. Qanunla müəyyən olunan bu tələb kompensasiya ödənişinin verilməsi üçün əsasdır;

 

-Büro tərəfindən verilən kompensasiya ödənişini yalnız şəxsən qəbul edin, hər hansı şəxsə bunu həvalə etməyin.

01.06.2017 12:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ