Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Prezident Adminstrasiyasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident Adminstrasiyasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb

Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub.

 

Reklam_3_11

İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələri ləğv edilib.

 

İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb. İndiəyədək Prezidentin istisadi islahatlar üzrə köməkçisi olmuş Natiq Əmirov İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi təyin olunub.

 

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunun bazasında isə Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradılıb. Bu vəzifəyə hələlik təyinat yoxdu.

 

Qeyd edək ki, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postunu Vahid Axundov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunu isə Kamal Abdulla tuturdu.

 

01.06.2017 14:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ