Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Burger King", Belçika Kralını hiddətləndirən reklam kampaniyasını ləğv etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Burger King", Belçika Kralını hiddətləndirən reklam kampaniyasını ləğv etdi

Beynəlxalq "fast food" şəbəkəsi "Burger King", Belçika Kralı Filippin fotosunun istifadə edildiyi və Belçika kral ailəsinin reaksiyasını səbəb olan reklam kampaniyasını ləğv edib.

 

"Burger King", gələn ay ilk restoranını açmağı planlaşdırdığı Belçika üçün başladığı reklam kampaniyasında "Kral kimdir"? mənasına gələn "whoistheking.be adlı bir internet saytı yaratmışdı. 

 

"Marja" xəbər verir ki, Belçika Kralı Filippin (Philippe) taxta çıxış tarixinin və şirkətin ölkədə restoran açacağı tarixin yer aldığı saytda "İki kral. Tək Krallıq. Kim taxta oturacaq? İndi səs verin" ifadəsi diqqəti çəkirdi.


 
Səsvermədə istifadəçilər Kral Filippi seçəndə "Əminsinizmi? Kartof qızartmalarınızı o hazırlamayacaq" cümləsi çıxırdı.


 
Saytda həmçinin "Burger King"in maskotu olan "Burgerlərin Kralı" ilə Kral Filippin portreti də yan-yana yer alırdı.


 
Kampaniyaya reaksiya göstərən Kral Filippin nümayəndələri, ölkədəki "Burger King" rəhbərliyindən açıqlama istəyib. Kral sarayında keçirilən görüşdən sonra "Burger King"in reklam kampaniyasından imtina etdiyi bildirilib.


 
"Whoistheking.be" saytından isə kralın rəsmi götürülüb və "Belçikada iki krala yer yoxdur" ifadəsi əlavə olunub.

01.06.2017 17:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ