Skype yeniləndi
İnternet üzərindən səsli və görüntülü danışıq - mesajlaşma xidməti göstərən Skype adlı prqramın yeniləndiyi bildirilib.
"Marja" xəbər verir ki, Skype-ın sahibi Microsoft-dan verilən məlumata görə, istifadəçilər seçdikləri rənglərlə və ya bəzəkli yazılarla göndərdikləri mesajları və görüntülü zəngləri fərdiləşdirə biləcəklər.
Həmçinin istifadəçilər, fotoşəkil və görüntü istifadə edərək mühüm anlarını yarada, bunları dostları və ailə üzvləri bölüşə bilərlər.
Yeniliklər istifadəçilərin qrup söhbəti etmələrinə, olduqları mövqeyi və ya Youtube video materiallarını bir-birlərinə göndərməsinə də imkan yaradır.
Skype-dakı yeniliklərdən biri də istifadəçilərin internetdə müəyyən bir sahədə axtarış apara bilmək xüsusiyyətidir. Axtarış xüsusiyyəti sayəsində istifadəçilər, getmək istədikləri oyun üçün bilet, hazırlamaq istədikləri yemək üçün resept və ya çıxmaq istədikləri istirahət üçün təyyarə bileti və ya otel axtarırlar.
Həmçinin, keçmişdə olduğu kimi Skype-ın dünya miqyasında istifadəçilər arasında pulsuz səsli və görüntülü danışmaq xüsusiyyətləri də qalır.
Skype-ın yenilənmiş versiyasını hazırda Android istifadəçiləri istifadə edə bilirlər. iOS istifadəçiləri bir neçə həftə ərzində yeni versiyanı endirə biləcəklər. Mac ve Windows istifadəçiləri isə Skype-ın təmin etdiyi yeniliklər üçün daha bir neçə ay gözləyəcəklər.
Whatsapp, Snapchat və Facebook Messenger-nin illər ərzində inkişaf edən funksiyalarına işarə edən mütəxəssislər, Microsoftun bu baxımdan Skype-ı yenilədiyini qeyd edirlər.
Microsoft, Skype-ı 2011-ci ildə 8,5 milyard dollara satın almışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl