Səlim Müslümov qadınların maaşının az olmasının səbəbini açıqlayıb

“Azərbaycanda qadınların əmək haqlarının kişilərə nisbətən aşağı olması məsələsi var. Tibb sahəsində çalışanların 86 faizi, təhsil sahəsində çalışanların isə 73 faizi qadınlardır”.

 

Bunu Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.

 

O bildirib ki, qadınlar daha çox dövlət sektorunu seçirlər: “Maaşın azlığı da buna görədir. Çünki özəl sektorda maaş daha çoxdur. Yəni, onlara qadın olduğuna görə az maaş verilmir”.

 

©Report

2 İyun 2017 , 11:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin