Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-AQŞ Amerika Neft İnstitutunun sertifikatına layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-AQŞ Amerika Neft İnstitutunun sertifikatına layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

23 may 2017-ci il tarixində SOCAR-AQŞ Azərbaycanda fəaliyyət göstərən qazma müəssisələri arasında ilk olaraq API komitəsi tərəfindən API Spec Q2 sertifikatına layiq görülmüşdür.  Bu barədə “Marja”ya SOCAR-AQŞ şirkətindən bildirilib.

 

Reklam_3_11

“Bu nailiyyət müəssisəmiz üçün böyük əhəmiyyət kəsb edir və gələcək inkişafımız istiqamətində yeni imkanlar yaradır”,- məlumatda qeyd olunur.

 

Qeyd edək ki, Amerika Neft İnstitutu (API) 1924-cü ildən etibarən dünya miqyasında neft və qaz sənayesinə aid olan standartların yaradılması və tətbiqi sahəsində aparıcı rol oynayır. API-ın neft-qaz sənayesinin bütün seqmentlərində fəaliyyət göstərən 600-dən çox korporativ üzvü var.

 

SOCAR-AQŞ 2015-ci ilin aprel ayından etibarən müəssisədə API Spec Q2 standartının tətbiqi və sertifikatlaşdırılması layihəsinə start vermişdir. Keyfiyyət İdarəetmə Sistemi üzrə tətbiq edilən bu standart neft və qaz sənayesində xidmət göstərən müəssisələr üçün tələbləri müəyyənləşdirir.

 

Müəssisənin İdarəetmə Sistemləri şöbəsinin müdiri Zaur Fərzəliyev bildirib ki, SOCAR-AQŞ API Spec Q2 sertifikatına layiq görülməklə yeni inkişaf mərhələsinə qədəm qoyub:

 

“Standartın tətbiqi ilə bağlı işçi heyətimiz əzmlə çalışıb. Müəssisədə həyata keçirilən bütün prosesləri standartın tələblərinə uyğun hazırlamağa müvəffəq olduq və API auditorlarının həyata keçirdiyi 2 mərhələli yoxlamalardan uğurla keçdik.

 

Sevindirici haldır ki, milli qazma müəssisələri arasında ilkə imza ataraq müvafiq sertifikata layiq görüldük. SOCAR-AQŞ-nin bu uğuru beynəlxalq bazarlara çıxış imkanımızı artırmaqla bərabər rəqabətədavamlılıq göstəricimizi daha da yüksəldir.

 

Əsas işimiz standartın tətbiqi ilə yanaşı onu işlək vəziyyətdə saxlamaq və davamlı təkmilləşdirmək olacaq’’.

02.06.2017 10:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ