Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"BUTA AIRWAYS"in livreyası və loqotipi təsdiq olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"BUTA AIRWAYS"in livreyası və loqotipi təsdiq olunub

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “BUTA AIRWAYS”in loqotipi, özünəməxsus korporativ üslubu və livreyası milli koloritin saxlanılması ilə tərtib olunub.

 

Bu barədə "Marja"ya "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

“BUTA AIRWAYS”in loqotipi Azərbaycanın buta ornamenti formasında təsvir olunan mifoloji müqəddəs Simurq quşu rəmzini özündə əks etdirir.

 

Aviaşirkətin parlaq livreyasında buta naxışları “Azərbaycan Hava Yolları” QSC-nin (“BUTA AIRWAYS” AZAL QSC-nin struktur bölməsidir) korporativ göy rəngində, həmçinin Azərbaycan bayrağında əks olunan parlaq qırmızı rəngdə təsvir olunub. “BUTA AIRWAYS”in donanması müasir “Embraer” təyyarələrindən ibarət olacaq.

 

Hazırda aviaşirkətin qiymət siyasəti, daşınma qaydaları, həmçinin marşrut şəbəkəsinin işlənib hazırlanması prosesi başa çatmaq üzrədir. Bu barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.

 

Bununla eyni vaxtda aviaşirkətin saytının işə salınması da gözlənilir. Sayt vasitəsilə aviabilet almaq mümkün olacaq. Eyni zamanda, aviabiletləri kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkün olacaq.

02.06.2017 12:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ